ROMAN VİKTYUK: UÇUŞ DƏRSLƏRİ

O, 14 yaşında ikən çalışacağı teatrı yuxusunda görmüşdü. O vaxtdan bəri uğur ona yol yoldaşlığı edir. Hər zaman ondoqquz yaşında olan Viktyuk ona şəkli hədiyyə olunmuş ulduzdan gəldiyini bildirir. Özünü yad planetli hesab edir və bütün yaradıcı insanların hər kəsin qəlbini sivilizasiyanın praktizmindən xilas etmək üçün yer üzünə göndərildiyinə inanır. Emosional, açıq və mehriban rejissor özü və dünya haqqında həvəslə danışır.

Bir yerdə oturmayan Viktyuk bütün uşaqlığını opera teatrında keçirib və bütün pa hərəkətlərini əzbər bilir. Ailəsi ona hər şeyə icazə verirdi və bir gün balaca Roman repetisiya zalına qalxır və əsas yerə keçir. Lakin, orada qalması uzun çəkmir – müəllimə onun topuğuna xətkeşlə vurub oradan endirir.

– İllər sonra ona böyük bir qızılgül buketi apardım. O, dedi ki: "Əslində mən sənə gül verməliyəm!", mən isə gülləri onun ayaqları altına səpdim və dedim: "Sizsiz heç nə alınmazdı. Mən bütün ömrüm boyu baleti anladığımı sübut edirəm".

Və sübut etdi! İndi onu üsyankar adlandırırlar, özü isə "dəli" sözünə üstünlük verir. Anlaşılmayanı dəlilik adlandırmaq asandır.

Viktyuk isə sadəcə insanlara... uçmağı öyrədir.

Viktyukun uçuş dərsləri bəzən gözəl insanların uçub gəldiyi uzaq ulduzların açarıdır.

izmenenie_razmera_002_copy

Dərs 1. "İnsan təbiətinin ən dəyərli şeyi – uşaqlığı qorumaqdır" – çünki o həmişə sülhə "Hə!" deyir və heç vaxt "Yox!" demir.

– Uşaq hələ dünyanın maddiyatına qarşı durmaq üçün qoruyucu qüvvələrə sahib deyil. Ancaq bir insan uşaqlıq hissini itirirsə, deməli bu sondur. Amma dünya qavrayışı uşaq kimidirsə, o zaman həmin insanın qanadları var, o uçuşdadır.

Böyüklərdən fərqli olaraq uşaqlar pislikdən zəhərlənmirlər. Biz isə onlardan dərs almalıyıq. "İnsanlar hər şeyin mümkün olduğuna və heç bir şeyin cəzalandırılmamasına alışıblar" – Viktyuk deyir və yorulmadan təkrar edir ki, pislik və nifrət mesajları hədəflənənləri deyil, ilk növbədə uşaqları məhv edir. Mənfi enerjiyə həssas olaraq o, təmizürəkliliyi və çirkin kobudluğu, səmimiliyi və ədəbsizliyi açıq-aşkar ayırd edə bilir və özünü "böyük uşaq" adlandırır.

– Sadəlövhlük elə uşaqlıqdır, çünki həyata dair heç bir stabil alışqanlıq yoxdur. Hər şey təmizdir. Hər şey safdır. Hər şey şəffafdır.

Belə bir kövrək ruhu nə qoruya bilər? Yalnız başqa bir bənzər ruh. Görüşən iki bu cür insan bir-biri ilə öz işıqlarını paylaşır və özlərini kənardan gələn pis təsirdən intuitiv olaraq birlikdə qoruyurlar.

Dərs 2. "Hər şey alnımıza yazılıb".

Həyatda ən vacib şey iki nəfərin nağılda olduğu kimi görüşməsidir: şahzadə bəy və şahzadə xanım. Onlar birlikdə xeyirxahlıq və işığın təcəssümüdür. Viktyuk Nərgiz Paşayeva ilə tanışlığını məhz belə görür.

– Onun teatrının beş illik yubileyində dedim ki, o, məkanında tərk etmək istəmədiyi bir nağılı davam etdirir. Həyat yoldaşının rəsmlərini görəndə dərin bir ah çəkdim – qarşımda o qədər təmiz və xeyirxah görünürdü ki. Bağa gəldikdə isə daha da təəccübləndim, çünki dənizin üzərində elə bir meydança, uçuş üçün elə bir məkan var idi ki...

Bu tanışlıq sayəsində Viktyuk Bakıya gəlmək dəvətini məmnuniyyətlə qəbul etdi. Və əbəs yerə gəlmədi.

Onun sözlərinə görə, bura "Allahın inayət etdiyi torpaqdır".

– Kimsə mənə bir şey deyəndə qışqırıram ki, dəniz fantastikdir. Qocaman Xəzər ya insanı qəbul edir, ya da rədd edir. Dəniz belədir, çünki bu xalqın taleyi belədir. Aydındır ki, Bakı onu açıqürəkliliklə qollarını açaraq, parlaq şəxsiyyətlərlə dostluq bağışlayaraq qəbul edib.

Viktyuk sevdiyi aktyorları və tanıdığı moda dizaynerləri, o cümlədən Versaçe və Viviyen Vestvudu düşünmədən böyük uşaqlara aid edir. Yeri gəlmişkən, özü də böyük modabazdır və qarşımıza Billionaire köynəyində, ənənəvi eynəyi olmadan, lakin Versaçenin hədiyyəsi olan Qorqona Meduzalı üzükdə çıxdı.

– Eynək televiziya üçün lazımdır. Tamaşaçılar bu gün hansı eynəyi taxdığımı görənə qədər, mənə nifrət etməli olduqlarını unudurlar, – Viktyuk zarafat edir.

Dərs 3. «yalnız xuliqanlar səmadakı ulduzları işıqlandırırlar».

– Vısotski həmişə bu barədə qışqırırdı. Uşaq isə xuliqan ola bilməz. Yaşadığı quruluşa qarşı durmaq insan təbiətinə xasdır. Viktyuk hər hansı bir quruluşun köləlik olduğuna əmindir, uşaq isə köləliyə düşə bilməz, çünki sevməyi bacarır. Köləlikdə sevgi yoxdur. Onun qalmaqallı "qulluqçular" tamaşası bu barədədir.

– Bu, hətta cəsarət deyil, xuliqanlıqdır. Bu tamaşa ümumiyyətlə olmaya bilərdi. Siyasi büro Jan Jenenin Sovet İttifaqına düşmən olduğuna əmin idi. Amma böyük sənətkar Arkadiy Raykin bu tamaşanın ilk dəfə onun "Satirikon" teatrında nümayiş olunacağı barədə məndən söz almışdı. Və onun ölümündən sonra teatr açılanda oğlu mənə zəng etdi. Tamaşadan heç kim, heç nə başa düşmədi, ancaq səhnəyə izn verdiər. Və heç kim bilmirdi ki, biz məşq edirik. Dörd aktyor iki ay teatrda məskunlaşdı, günlərlə çalışdılar, yoldaşları onlara yemək və məktublar yollayırdı. Amma tamaşadan sonra New York Times-da yazırdılar ki, 1917-ci ildə Leninin etdiyi kimi inqilab etmişəm. İtaliyada tamaşanı nümayiş etdirdiyimizdə, kimsə demişdi ki, Jene bu pyesi həbsxanada oynamağı arzu edirdi.

Bir qədər durdum və cavab verdim:

Markiz Astolf de Küstinin dediyi kimi "İndi sizə qorxulu bir şey söyləyəcəyəm, bilirsiniz ki, Rusiya – xalqların ən böyük həbsxanasıdır və biz bu həbsxanada oynayırıq!". Bu, XX əsrin ən böyük pyesidir, bu pyesdə faciəvi problemlər müzakirə olunur. Məşq edərkən aktyorlar bunun bir dəfə olacağını düşünürdülər, ancaq 30 ildən çoxdur davam edir.

52_copy

Dərs 4. «Uşaqlar həmişə qalib gəlir».

Quruluş artist-uşaq koqortasını ardıcıl olaraq qovalayır. Boqdan Stupka vəfat edib. Viktyuk Stupkanın bir dəfə teatr studiyasında bir atın arxa ayağını oynadığını və sonra Ukraynanın Mədəniyyət naziri olanda ona bu barədə xatırlatdıqları zaman bir uşaq kimi necə incidiyi danışmağı sevir. Ölümündən əvvəl öz yaradıcı taleyinin sonunu onun başlanğıcı ilə bağlayırdı.

– O, Qərbi Ukrayna nağılından idi. "Karpat dağları yaxındır və ölkənin taleyi dəhşətlidir" deyən Viktyuk əlavə edir: Biz iki Lvov xuliqanıyıq.

Viktyuk özü çox oyunbaz uşaqdır! Leninin 100 illik yubileyi üçün "Hiylə və Sevgi" əsərini necə səhnələşdirə bildi? Axı, yalnız Viktyuk rəhbərin istəyinə istinad etdiyi üçün icazə verildi.

Düzdür, sonra daha da gülməli bir səbəbə görə qadağan edildi: tamaşa kapitalistlər arasında uğur qazanmışdı. Hakimiyyət və yaradıcı bir daha fikir ayrılığına düşmüşdü. Amma sonda həqiqət uşaqların tərəfində olur.

– Uzun illər pionerlər Lvovdakı şöhrət təpəsinə gedirdilər və vətənlərinə sadiq olacaqlarına and içirdilər, sonra isə orada bir almanın dəfn edildiyi ortaya çıxmışdı. Lvovda Leninin abidəsini qaldırıldığı zaman, müxtəlif qəbiristanlıqların daş plitələrinin döşəndiyi məlum olmuşdu: Polyak, Ukrayna, Yəhudi və Alman. Hər iki halda xuliqanlar haqlı çıxdılar.

Dərs 5. «Aktyor sevgi enerjisinə sahib olmalıdır».

Sevgi vəsiyyəti bitməyən müqəddəs roman kimi qeyd olunur. Onu dərhal görür – həm özünü doğrultmuş aktyorlarda, həm də Rusiya Teatr Sənəti Universitetinə (GİTİS) qəbul edənlərdə. Onlar şəffafdırlar, onlar mələk kimidirlər. Və onlar Roman Viktyuk başda olmaqla, uzaq sivilizasiyaların çılğın dillərində bizə qışqırırlar ki, qanadlarımızı antresolda gizlətməyək.

Mətn: Ülviyyə Mahmudova