"Yaradan"

Bu günədək gördüyüm ən parlaq layihələrdən biri haqqında sizə məlumat verməyə tələsirəm! Hətta "layihə" sözü ilə bu insanların fəaliyyətini təsvir etməyin uyğun olduğundan əmin deyiləm. "Yaradan" yaradıcılıq birliyinin təsisçiləri 12 yaşdan 16 yaşa qədər olan uşaqların, o cümlədən, əlilliyi olan, aztəminatlı ailələrdən, internat məktəblərindən və sığınacaq yerlərindən olan uşaqların bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirmək üçün şərait yaradırlar, həm də onları cəmiyyətə uyğunlaşmağa təşviq edirlər. Onlar uşaqlara dərrakələrini genişləndirməyə, özlərinə və güclərinə inanmağa, yaradıcılıq potensiallarını həyata keçirməyi öyrənməyə kömək edirlər. Eyni zamanda, bütün layihə iştirakçılarının – həm təlimçilərin, həm də öyrənələrin bir məqsədləri var – xoşbəxt olmaq! 

8n_1

Layihənin təqdimatında iştirak edərək, yeni bir istiqamət – insaniyyət pedaqogikası haqqında öyrəndim. Bu tədris metodu həyat yolunda insani mənəvi dəyərlərini rəhbər tutan bir şəxsiyyət formalaşdırır. Belə bir şəxsiyyətin ən vacib bacarığı –  həyatın hər sahəsində yaradıcı olma qabiliyyətidir. Əla deyilmi? "Yaradan" layihəsində uşaqlar Vüsalə Ağarazieva ilə rəsm çəkməyi, Leyla Ələkbərova ilə foto çəkməyi, Anar Yusufovla musiqi ilə məşğul olmağı, Nataliya Qolumb ilə bişirməyi öyrənirlər! Belə bir ideyanın necə həyata keçirildiyini öyrənmək üçün, mən layihənin təşəbbüskarı, həm də necə deyərlər yaradıcı-uşaqların "anası" Nigar Rzayeva ilə həmsöhbət oldum!

2

"Əgər mənim uşaqlığıma, yeniyetmə dövrümə və ümumiyyətlə, həyatıma kiçik bir ekskursiya etsək, o zaman “Yaradan uşaqlar”ın – uşaqlığımda özülü qoyulmuş, mənimlə birlikə böyüyən və böyük xoşbəxtlikdən, artıq həyata keçməyə başlayan bir proqram olduğu aydın olur. Layihənin tarixi 2017-ci ilin dekabrında rəssam-keramikaçı Vüsalə Ağarazıyevanın YARADAN sərgisi ilə başladı. Ənənəvi "Reinkarnasiya" layihəsi çərçivəsində Vüsalə öz layihəsini təklif etdi və onu İçərişəhərdə Qasım bəy hamamında(XVII) təqdim etdi. İdeya o idi ki, beş müxtəlif yaradıcı peşənin nümayəndələri ümumi "Yaradıcı" mövzusunda əsər yaratsınlar. Mövzu özü, birgə yaradıcılıq işləri və yığılmış enerji "Yaradan uşaqlar" layihəsinə ötürüldü"

nigar_rzayeva_ve_yaradan_ushaqlar

Nigar - siyasət elmi magistr təhsilli yazıçıdır. Bu yaxınlarda onun "Qəlbin rüzgarı" və "Yardan" kitabları nəşr olunmuşdur.

«Layihə uşaqları mənim ilk pedaqoji təcrübəmdir. Qızımla ünsiyyət təcrübəm və inkişaf edib uşaqlarla birlikdə böyümək arzumdan başqa bu sahədə heç bir xüsusi biliyim yoxdur. Uşaqlarla məşğul olaraq malik olduğum bilikləri onlara ötürmək məqsədini güdmürəm. Layihədə işin bütün prinsipi ondan ibarətdir ki, onları olduğu kimi sevirik və qəbul edirik, bir çox qorxularından qurtulmalarına, qəlblərinin ən gizli guşələrinə baxmağa, alışdıqları stereotiplərindən kənara çıxmağa və sadəcə burada və indi yaşamağa kömək edirik. Əlbəttə ki, bizim əsas vasitəmiz – yaradıcılıqdır. Axı yaradıcılıq - Yaradıcı tərəfindən yaradılan hər kəsə verilib və bu vergi insanın daxilində və xaricində olan hər şeyi ahəngdar edərək şəfaverici və yaradıcı gücə malikdir.

leyli_alakbarova_ve_yaradan_ushaqlar

“Biz insanlara hər şeyi terminlə bəzəmək daha rahatdır. Biz İnsani pedaqogika anlayışını seçdik, çünki onun prinsipləri nə etdiyimizi çox yaxşı təsvir edir. Onun mahiyyəti isə yenə də sevgidə, hər bir uşağın bacarığına inamda, bu bacarığı üzə çıxarmaqda, bir şəxsiyyət kimi uşağa hörmət bəsləməkdədir. Bütün dərslər öz fərdiliyini qoruyaraq kəsişirlər və bir-birini tamamlayırlar. Anlayıram ki, bunu təsəvvür etmək çətindir, bunun üçün bizimlə dərslərdə bir gün keçirməyiniz kifayətdir. Biz özümüz ilk gündən bəri uşaqlarla birlikdə öyrənirik, dəyişirik və indi etdiyimiz şey özümüz üçün də bir etiraf və böyük bir xoşbəxtlikdir."

Layihəyə başlayarkən "Yaradan"  komandası ümumi dərslərdən əlavə olaraq hər bir uşaq üçün ayrı bir yaradıcılıq istiqamətini təmin etməyi planlaşdırırdı. Ancaq iki ay sonra uşaqlar üsyan etdi və layihənin əhatə etdiyi bütün sahələrdə  işləmək istədilər. Beləliklə, uşaqlar özləri düzgün həll yolunu təklif etdilər və indi hər görüşü bayrama çevirərək onlara təqdim olunan hər şeyi öyrənməkdən çox məmnundurlar.

yaradan_ushaqlar20181

«Layihədə müxtəlif müəssisələrdən və ailələrdən olan uşaqlar iştirak edir və hər birinin travma və həyat çətinliklərindən ibarət  yükü var. Onlarla birlikdə kifayət qədər yol qət edərək biz təcrübədə gördük ki: onlar hamısı istedadlıdır və bütün yeniliklərə hazırdırlar. Xüsusən də, xoşbəxt olmağa. Yaradıcılıqda bəzi şeylər daha yaxşı alınır, digəri isə daha pis, amma bütün uşaqlar məmnuniyyətlə yaranan bütün imkanlardan istifadə edirlər. İndi isə həm də onları ümumi iş, özünə, sevgiyə, mümkünsüzün mümkün olduğuna inam birləşdirir. Başladığımız zaman hamımıza, həm uşaqlara, həm də böyüklərə bir az çətin idi. Pedaqoq-psixoloq xaric, bizim dərin yaralanan uşaqlarla ünsiyyət təcrübəmiz yox idi. Əzab çəkməyə və böyüklərə etibar etməməyə alışmış uşaqlar öz dar baramalarında oturmuşdular. Addım-addım biz onların baramalarını açdıq. Kimisi uzun müddət susurdu, kimisi yeməkdən imtina edirdi,  kimisi özünə qapanırdı... Elə şeylər olurdu ki, indi heç onlar haqqında danışmağın mənası da yoxdur. Səbr, sevgi, öz üzərimizdə işləmək belə fantastik nəticələrə  gətirib çıxardı. İndi biz özümüzü böyük və möhkəm ailə hesab edirik. Yeri gəlmişkən, mənim 15 yaşlı qızım layihənin iştirakçısıdır və  bu yaxınlarda o mənə dedi ki «Yaradan» bir çox şeyə onun münasibətini dəyişib, xüsusilə insanlara və özünə qarşı».

Zeynəb Cahan