ART-DİFFUZİYA

D'Orsay, Grand Palais, Petit Palais və daha minlərlə sərgi meydançaları... Əgər siz sərgidə deyilsinizsə, deməli qəbiristanlıqları belə muzey kimi olan Parisdə deyilsiniz. Luvrda çek-in, Mono Liza ilə selfi – bu mədəni yürüşdə əldə edəcəyiniz yeganə xoş şey deyil. Axı sənət, Başleara inansaq şüurumuzu hərəkətə gətirərək, "ona yatmağa mane olaraq" həyatı iki dəfə uzadır. Və bu kütləvi hərəkətə gəlmiş şüur şairin "Mən var olduğum məkanın özüyəm" sözlərini qeyri-ixtiyarı təsdiqləyərək sərgi zallarını gəzir. Fotoaparatın ekranı vasitəsi ilə bu art-diffuziya prosesini müşahidə edirəm: insan artıq müşahidəçi deyil, istehlakçı deyil, o - sənətin özüdür.

"Həqiqət dünyaya çılpaq gəlməyib, simvollarla və obrazlarda gəlib" (Filip İncili)

Mən "fantaziya" və "simvolizm" terminlərinə etiraz edirəm. Bizim daxili dünyamız realdır, hətta bizi əhatə edən dünyadan daha realdır (Mark Şaqal)

Mətn və foto: Leyla Sultanzadeh

Material əlli dördüncü buraxılışda dərc olunmuşdur.