Moda fotoqrafiya maestrosu Peter Lindberq heç kəsin bacarmadığı qədər təbii qadın gözəlliyini göstərə bilib. Fotoqraf bütün modellərinə aşiq olduğunu etiraf edib. Görünür, elə bu ona əsl foto hekayələrini danışmağa kömək etdi. Rəssam retuş etməni qəbul etməsə də, planetin ən məşhur qadınları onun obyektivinə düşməyi xəyal ediblər. Məhz Peter Lindberq supermodellər dövrünü kəşf edib. Onun foto əsərlərindən ilhamlanan rəssam Rianna Bauter bu illüstrasiya seriyasını xüsusi olaraq Nargis üçün yaratdı.
İllüstrasiyalar xüsusi olaraq Nargis jurnalının noyabr buraxılışı üçün hazırlanmışdır.
İllüstrasiyalar: Rianna Bauter