Oxuyucuya bugünkü müraciətim - ən sevdiyim müraciətlərdən biridir! Axı biz hər kəs tərəfindən sevilən, işıqlı, mənəvi, səmimiyyət və mehribançılıq dolu bir bayramı - Novruzu paylaşırıq! Havalar bahar əhval-ruhiyyəsi verməsə də, hər kəsi təsəlli etməyə tələsirəm. Rəsmi olaraq, bahar bütün şənliklər bitdikdən sonra qüvvəyə minəcək! Novruzun gəlişi baharın - yeni ilin və yeni bir başlanğıcın gəlişidir!
Məryəm Bayraməlibəyova 1898-ci ildə anadan olub və atası, bədii əsərlərin rus dilindən tərcüməçisi olan anası Şirin xanımla birlikdə onu və digər uşaqlarını kitablarla əhatə edərək və ən müxtəlif dillərdən ifadələri öyrədərək maarifçilik ruhunda böyüdürlər. Məryəm rus, fars və ərəbcə danışırdı, Quran oxuyurdu. 8 yaşında o, Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar üçün Bakı Müsəlman məktəbinə gedir. Bütün imtahanları "əla" qiymətlərlə bitirərək o, "Müqəddəs Nina" məktəbina daxil olur. Buradan da, qızıl medal alaraq Moskva Tibb İnstitutuna yollanır. Yeri gəlmişkən, ödənişi dəfələrlə bu cür xeyriyyəçilikləri edən Murtuza Muxtarov üzərinə götürür. Təəssüf ki, Oktyabr inqilabı gənc qızın bütün planlarını alt-üst edir və geri qayıtmağa məcbur olur. Xeyr, o, öz məqsədinə nail olacaq. 1931-ci ildə BDU-nun hüquq fakültəsini təccüblü deyil ki, yenə də qırmızı diplomla bitirəcək və hətta aspiranturaya daxil olacaq.
30 may 1920-ci ildə Bakıda Əli Bayramov adına Qadın Klubu yaradıldı. Bu klub dərhal özünü əsas qadın mərkəzi olaraq tanıtdı və növbəti yaradılan klublara nümunə oldu. İki ildən sonra klub o zaman Fars küçəsində yerləşən Səadət sarayına köçürüləcək. Daha iki ildən sonra Klara Setkin bu klubu ziyarət edəcək. Amma gəlin sıra ilə.
Bir-birinin ardınca partiyaların, fərdlərin, rəhbərlərin, nizamsız şəkildə hökümətin dəyişildiyi bir dövrdə Azərbaycan bir çox layiqli nümayəndələrini itirdi. Faciəli hadisələrdən qaçmaq üçün imkanı olan hər bir kəs ölkəni təcili olaraq tərk etdi.
İtalyan lazanyası, yunan musakkası, ingilis shepherd's pie - mənim fikrimcə, rahat və tez bişən yeməklərdir. Bu yeməyin versiyası musakka ilə eynidir, amma həm hazırlanma, həm də kalori baxımından olduqca asandır.
"Səmalarda uçmaq - məgər qadın işidir?" - qəhrəmanımızın anası hövsələsiz qızından hər şey gözləyərək ürəyində qorxu ilə ondan soruşur. Lakin bunu heç gözləmirdi. Azərbaycanda qadınlar uçmurdu, o ki qaldı.... bütün Sovet İttifaqında qadın siması ilə aviasiya hələ yeni yaranırdı.
Böyük məmnuniyyətlə yeni ilin ilk günlərində sizə "uzaq qərbdən" günəşli xəbərləri çatdırıram. Mərakeş Krallığından olan xəbərlər nəinki dünyanın hər yerindən gələn, bu dəfə mənim də aralarında olduğum turistləri, həm də bütün Məğrib sakinləri, Mərakeşliləri də cəlb edir.
Bu dəfə mən nənəmdən qalan Azərbaycan zərb-məsəlləri və atalar sözləri toplusuna rast gəldim. İlin sonunda sizinlə ən maraqlı "Atalar Sözləri"ni paylaşıram.