Bloqlar

SÖZÜN DUZU: ARTİLLERİYANIN ALLAHI

SÖZÜN DUZU: ARTİLLERİYANIN ALLAHI

26 iyun – Vətənimizin tarixində ən şərəfli səhifələrdən biridir! Məhz bu gün Azərbaycan Milli Ordusunun bünövrəsi qoyulmuşdur. 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür! Və bu professional bayramda “Artilleriyanın Allahı”nı yad etməmək mümkün deyil.
ZEYNƏB CAHAN: DÜNYANIN TANINMIŞ AUKSİONLARI

ZEYNƏB CAHAN: DÜNYANIN TANINMIŞ AUKSİONLARI

Yalnız muzeyləri ziyarət etməklə deyil, onların dəyərinin təyin edilməsində, yəni auskionda iştirak etməklə də incəsənətə qərq olmaq mümkündür. Auskion - açıq publika üçün nəzərdə tutulmuş dövlət muzeylərində olmayan ən nadir rəsm əsərlərini, sevimli ustadların heykəllərini görmək, incəsənət əsərinin “çəkicdən” adlı-sanlı kolleksiyaçılara və şəxsi muzeylərə getdiyinin şahidi olmaq üçün unikal fürsətdir.
Être à la mode: TANIŞLIQ

Être à la mode: TANIŞLIQ

London sadəcə moda paytaxtı deyil. Burada yeni ideyalar və gənc istedadlar toplaşmışdır və həmişə də belə idi.Azərbaycanlı dizayner Londonda - qürurlu və çox perspektivli səslənir. Bu gün NARGIS sizi HASANOVA brendinin yaradıcısı və kreativ direktoru Günel Həsənova ilə tanış etmək istəyir. Günel artıq saytımızda şəxsi fashion-blogunu aparacaq.
ZEYNƏB CAHAN: Gazelli Art House

ZEYNƏB CAHAN: Gazelli Art House

Nə vaxtdır doğma şəhərimizdə müasir sənət qalereyası açılıb, mən isə təəssüf ki, onun haqqında bir neçə gün bundan əvvəl yeni sərgidə olarkən öyrənmişəm. Əgər mənim oxucum hər hansı bir "nöqtəni" gözdən qaçırıbsa, o zaman son səfərimin bütün təfərrüatlarını məmnuniyyətlə ona təqdim edirəm!
SÖZÜN DUZU:

SÖZÜN DUZU: "Saçı uzun Suray xanım"

Bataqlıqdan çıxmağa çalışan Tık-tık xanım atlılardan xahiş edir ki, Xan evinə getsinlər və Siçan bəyə ondan xəbər versinlər. Ancaq belə situasiyada da, həyatı təhlükə altında olsa da o özünə sadiq qalaraq, özünü hündür boylu, uzun saçlı gözəl kimi təsvir edir.
SÖZÜN DUZU: TANIŞLIQ

SÖZÜN DUZU: TANIŞLIQ

Bu gün Nargis oxucularını Qəmər Məmmədova və Nazimpaşa Mahmudzadə ilə tanış etmək istəyirik. Onlar müxtəlif Azərbaycan atalar sözlərinin, aforizmlər və frazeologizmlərin yaranma tarixləri barədə bəhs edəcəklər. Hər həftə Nargis ilə birlikdə ana dilimiz haqqında yeni məlumatlar öyrənəcəksiniz.
ZEYNƏB JAHAN:QƏHRƏMAN RƏSSAM

ZEYNƏB JAHAN:QƏHRƏMAN RƏSSAM

Bugünkü məqaləmin qəhrəman rəssamı şəxsən Tisian tərəfindən rədd edilmişdi! Rəvayətə görə İntibah dövrünün ən qızğın vaxtında dahi rəssam Tisian Veçellio Jacopo Robustinin qeyri-adi istedadını görərək onu köməkçisi olaraq saxlamaq istəməmişdi.
ZEYNƏB JAHAN: ANGELİNA ŞİRNİYYAT EVİ

ZEYNƏB JAHAN: ANGELİNA ŞİRNİYYAT EVİ

“Estetik ziyafət süfrəsi olmadan ruhən necə zənginləşmək olar?” - deyə düşündüm və oxucuma bu il 115 illiyini qeyd edən, mələk kimi zərif ANGELINA adına sahib olan Fransanın ən məşhur şirniyyat evlərindən biri haqqında məlumat verməyə qərar verdim.