Dünyamız üstü açılmamış sirlər, tapmacalar və qəribə, hətta bəzən vahimə gətirən hadisələrlə doludur. Gündəlik həyatımıza aludə olaraq, biz sıx meşələrdə nələrin gizlənməsi, qədim qəbilələrin həyatının sirləri, başqa ölkələrdə hansı təəccüblü qanunların qüvvədə olması və ana təbiətimizin hansı möcüzələri yaratmağa qadir olması barədə heç düşünmürük də...
Fotoqraf Eugene Richardsı haqlı olaraq parlaq bir esseist adlandırmaq olar, bu da ümumiyyətlə, təəccüblü deyil. Kim reallıq axınından həmin həlledici kadrı çıxara bilirsə, həmin - dəqiq sözü dətapmağa qadirdir.
İngilis kinematoqrafiyasında qopan «yeni dalğa» qonşu Fransada baş verdiyi kimi güclü olmadı, lakin buranın da öz qəhrəmanları, qiyamçıları və sönməyən simvolları doğuldu. Elə Toni Richardsonun «Uzun Məsafə qaçanın yalnızlığı» filmi də Böyük Britaniyanın müəllif filmlərinin ən parlaq təzahürlərindən biridir.
Müasir Azərbaycan roku, qəribə olsa da bu gün yarandığı dövrdəki roka bənzəyir: gənclər, submədəniyyət, öz "paralel" həyatının özünə xas atmosferi, hər kəsin bir-birini tanıdığı pərəstişkarların dar dairəsi və demək olar ki, böyük şou-biznes aləmi ilə əlaqənin tamamən olmaması...
Richard Fordun "Müstəqillik Günü" romanının qəhrəmanı olan Frenk öz ekzistensional odisseyasının finalında heç bir şey əldə etmir, sadəcə dərk edir ki, evə aparan yol elə dünyəvi xoşbəxtliyin uğurlu formulasıdır.
İntriqalı adın qarmağına düşərək, qiraətdən qeyri-məcburi, lakin bir o qədər də zərif xüsusi fransızsayağı yüngüllüyü gözləməyin. Məşhur fransızlığın bu kitabda sadəcə adı var.
«Demədiyim hər bir şey» romanının əsas dəyəri aydın bir kəlamı vurğulayır: mənfəətsiz sevgi, elə-belə olan sevgi - həlledici nəticədən yeganə qurtuluşdur. All you need is love. Xatırlayırsınız, o mahnıda necə ifa olunurdu? Love is all you need. Mübahisə edə bilmədiyin sadə həqiqət.
Fotoobyektivə bağlanmanın səbəbləri az deyil. Onun bəzi tərəfdarları təbiətin həssas rəngini, digərləri isə işığın sehrini tədqiq edirlər. Trent Parkın yaradıcılığında başqalarının sadəcə yuxuda gördükləri bir şey var, bu da yuxunun məşhur substansiyasıdır.