Fidan Kimin əsərləri Şanxayda Contemporary Art Fair Expo 2018 sərgisində bir həftə boyunca nümayiş olundu və o, geri dönən kimi biz ondan bu təcrübəsi barədə soruşduq
“Abşeron küləyindən doğulanlar”. Ötən yay Erart muzeyində böyük uğurla keçirilən Azərbaycan rəssamlarının sərgisinə məhz belə sanballı ad verilmişdi. “Abşeron məktəbi” nümayəndələrinin rəngarəng əsərlərinin mürəkkəb polifoniyası sırasında Fazil Nəcəfovun da heykəlləri inamlı akkordlarla səsləndi
Yüzilliklərlə xalçalarımız Azərbaycandan kənara çıxarılıb. Onların belə yüksək qiymətləndirilməsi müsbət haldır. Bizim xalçalarda xalqın estetik dəyərləri cəmləşib və bu, ölkənin və onun mədəniyyətinin ən yaxşı təqdimatıdır.