"Ancaq sual yaranır: bütün bunları niyə edirik? Nəyin uğrunda bu qədər əziyyət çəkirik, imkanlarımızı, istedadlarımızı nümayiş etdirməyə can atırıq? Özümüzdən sonra "biz indi buradayıq, burada olmuşuq" izini buraxmaq üçün?"
Bilirsiniz son bir ayda özümdə nəyi müşahidə etmişəm? Nə isə yaratmağı çox sevdiyimi: bəzəməyi, qurmağı, leqo toplamağı və bir çox başqa şeyləri... Və mənim üçün prosesin özü nəticədən daha vacib, maraqlı və həyəcanlıdır
Mən heç vaxt Hindistanda olmamışam, amma gedib Asiyanın incisi olan bu qədim ölkə ilə çox tanış olmaq istəyirəm! Mənə elə gəlir ki, hər kəs həyatında ən azı bir dəfə bunu etməlidir
Həyat yoxuş, eniş və qaranlıq olmadan olmur. Amma əgər bütün bunları həyat dövrünün bir hissəsi kimi, günü əvəzləyən gecə kimi qəbul etməyi öyrənsək və gücümüzü bunun qarşısını almaq üçün deyil, dərs almaq üçün sərf etsək, o zaman hər bir sınağı qalibiyyətə, inkişafa, hər şeyin öhdəsindən gəlməyə yeni bir addım kimi dəyərləndirməyi öyrənirsən
Əziz Nargis oxucularımız! Jurnalımızın bu buraxılışını simvolikaya həsr etmişik. Simvol nədir? Atalarımızın bizə miras qoyduğu, ya da... göylərdən göndərilmiş gizli şifrəli mesajlar. Bir şeyi bilirəm - onlar həmişə dərin məna daşıyır və inanıb-inanmasaq da həyatımıza təsir edirlər
Bu ay bütün dünya sevdiyim bayramlardan birini - Halloween bayramını qeyd edəcək. Bu bayram üçün mən ən kiçik detallarını düşünərək məmnuniyyətlə öz kostyumumu hazırlayıram. Bu, beynimdəki obraz yaranana qədər qrim otağında saatlarla oturmağa hazır olduğum nadir günlərdən biridir...
Bir dəfə məndən, ən çox nədən qorxduğumu soruşdular. Mən dərhal cavab verdim, hərçənd əvvəllər bu haqda heç düşünməmişdim. Sadəcə bir şeydən qorxuram: mənim üçün həqiqətən əhəmiyyətli olan bir şeyin bir gün adi bir şeyə çevrilməyindən!