Office Look

İşə necə geyinmək lazımdır... Bu sual hər səhər bütün dünyada yüzlərlə insana nə qədər baş ağrısı gətirir!

Əgər ciddi ofis dress code tələbi yoxdursa (məsələn bizim kimi), deməli, bəxtiniz gətirib. Bu vəziyyətdə, fantaziyaya ixtiyar vermək olar. Amma hər halda, işə hazırlaşarkən Siz fərdi üslubunuza, əhval-ruhiyyənizə və özünüzü təqdim etmək arzunuza uyğun daha əlverişli ofis look yaratmağa çalışırsınız. Həmçinin mövcuddursa, dress code-a uyğun.

__2017-05-18__15.44.00_

Nargis redaksiyası bizim ofisimizdə yaradıcılıq mühitinin necə yarandığını sizə nümayiş etdirməyə qərar verib. Axı bu, çox vaxt əməkdaşlarımızın işdə necə göründüyündən asılıdır!

Bizə də öz növbəmizdə sizin iş yerində necə göründüyünüz maraqlıdır.

Beləliklə əziz dostlar, Nargis jurnalının təqdim etdiyi müsabiqədə iştirak etməyiniz üçün unikal imkanınız yarandı! Bunun üçün Siz ən yaxşı officelook tərzinizi öz şəxsi İnstaqram səhifənizdə #Nargisfashionlook haştaqi ilə yerləşdirməlisiniz.

Ay ərzində bizim Fashion Editor sizin paylaşdıqlarınızı izləyəcək və ən yaxşı obrazı seçəcək. Qalibin fotosu Nargis redaksiyasının sosial şəbəkələrində yerləşdiriləcək!

Mütləq şərtlər:  Profile müsabiqə müddətində açıq olmalıdır, fotoşəkil isə tam boy ölçüdə olmalıdır ki, sizin obrazınızın detallarını qiymətləndirə bilək.

Şansınızı qaçırmayın!

Hələlik isə, Nargis ofisində hansı vəzifəli şəxslərin maska arxasında gizləndiyini təxmin etməyə çalışın! Bizim officelook fotolarımızda:

  • Nargis jurnalının baş redaktoru
  • Jurnalın kreativ direktoru
  • Jurnalın dizayneri
  • Dəb, Gözəllik və Lyuks şöbələrinin redaktoru
  • az veb saytının direktoru
  • Nargis Publishing House Maliyyə direktoru
  • Art-şöbəmizin stajoru