Biznes mərkəzində ofis üçün məkan kirayəsi - bir çox sahibkarlar üçün aktual məsələdir və seçim həmişə asan olmur. Heydər Əliyev prospekti 102 ünvanında yerləşən Biznes Mərkəzi iş aparmaq üçün bütün lazımi infrastrukturu ilə, həmçinin çox rahat yerdə yerləşən elit ofis binasıdır.
Bina 35 yerüstü və bir zirzəmi mərtəbələrindən ibarətdir. Yerüstü mərtəbələrdən 30-u ofislər üçün ayrılıb, buraya yüksək sürətli internet və rəqəmsal Telefon Qovşağı çəkilib. 5-ci mərtəbədə 200 nəfərlik zərif restoran və 273 yeri olan sinxron tərcümə avadanlığı ilə təchiz olunmuş geniş konfrans zalı mövcuddur. 27-ci mərtəbədə daha bir geniş, əla avadanlıqla təchiz olunmuş konfrans və akt zalı var. Növbəti 28-ci mərtəbədə isə - daha bir restoran var.
Bütün mərtəbələrin ofis otaqları lazımi təchizatlı xüsusi mətbəx ilə təchiz olunub. Binanın kondisiyalaşdırılma və isitmə sistemi beynəlxalq standartlara uyğun olaraq idarə olunur. Binada KONE şirkətinə məxsus 1 ədədi təcili çıxış lifti olmaqla 9 ədəd lift quraşdırılıb. 2 ədəd yanğın nərdivan pilləsi mövcuddur.
212 avtomobil tutumu olan dörd mərtəbəli rahat avtopark var. Buradan yük lifti vasitəsilə konfrans zal və restoran mərtəbəsinin avtodayanacağına qalxmaq mümkündür.
Binada enerjiyə və digər resurslara qənaət təmin edən BMS sistemi quraşdırılıb.
Əlaqə üçün kontakt:
Tel.: (012) 567 99 18/08, (012) 567 99 40, (012) 566 99 07
Email: [email protected] Bakı, H.Əliyev prospekti 152
İdeya: Ülviyə Mahmudova Foto: Pərviz Qasımzadə Video: Ruslan Gorbunov