MONOCHROME: VİLLİ RONİSİN MƏSUMLUQ DÜNYASI

1

- Humanist-fotoqraf olmaq nə deməkdir?

- Bu o deməkdir ki, fotoları quş oxuması kimi çəkmək lazımdır. Axı o, özünə heç bir sual vermir, - deyərək Villi Ronis jurnalistlərin sualına cavab verir...

Onun Parisi poeziya ilə əhatə olunub - gündəlik həyatın yormayan poeziyası ilə. Budur, hələ ki aşiqliyin ilk çağında olan gənc cütlük... Körpənin xoşbəxt təbəssümü (onu, ola bilər ki, ilk dəfədir dayənin nəzarəti olmadan bulka dükanına buraxıblar!)... Günəşin isti izlər buraxdığı qadın vücudunun zərif incəlikləri... Ötüb keçənləri, hər kəsin görə bilmədikləri - elə bütün bunlar həyatın həqiqi cazibəsini təşkil edir, lakin bu həyəcanı ötürməyə hər kəsin gücü çatmır... Villi Ronis bunu bacarırdı.

1_18_1

XX əsrdə fotoqraf sənəti Rusiya immiqrantları üçün bədnam çörək parçasının zəmanəti idi. Böyük Ronis də istisna deyildi - o, Montmartre şəhərində şəxsi fotoatelyesini açanlar sırasında idi. Onun oğlu Villi musiqi karyerası arzusunda olsa da, yenə də tez-tez atasını ziyarət edirdi, zaman-zaman fotoqrafiya sirlərini mənimsəyirdi. Lakin o, emalatxana divarlarının hüdudlarına çıxmağa can atırdı - təbii işığa, real həyatın sərbəstliyinə. Məhz azadlığa olan bu sevgi, kompozisiyanın səhvsiz hissi ilə birlikdə tezliklə onun fotokadrlarının səthinə keçid etdi.

2_16

Villi Ronis - "LIFE"-ın əməkdaşı olmuş ilk Fransız foto müxbir idi. Ona aid müharibədən sonrakı Fransanın fotoşəkilləri tez-tez parlaq fotojurnalistikaya qarşı lütfkar olan məşhur amerikan həftəlik nəşrlərinin səhifələrində yayımlanırdı. Bu fakt, reportaj çəkilişlərinin özündə hadisələrin etinasız təsbitindən savayı müəllifin dəst-xəttini də birləşdirə bilməsinin aydın nümunəsidir.

3_15

Onu tamamən haqlı olaraq Fransız humanist fotoqraflar pleyadasına - dahi Anri Kartyer-Bresson, Rober Duano, Marka Ribuya sırasına aid edirlər ... Həmin foto ənənəsi ilə tanışlıq bizi xeyirxahlıq və nurla doldurur.

4_16

Villy Ronis - bizi fikrimizdən daşındırmayan, Fransanı bizə fərqli göstərməyə çalışmayan bir fotoqraf idi. Burada hər şey xrestomatik xəyalımızda tam təsəvvür etdiyimiz kimidir - qadınlar zərif, Sena sahili mənzərəli, parislilərin la joie de vivre*   barədə anlayışları ...

5_14 

Yuvarlaq rəqəmə onun cəmisi 1ili çatmadı - 2010-ci ildə onun 100 yaşı olacaqdı. Bu uzun ömür onlarla, yüzlərlə fotoşəkillər yaratmağa kifayət etdi. Bu fotolarda sənətçinin - şəxsiyyətini, həyatın axıb gedən hər anına valeh olduğunu hiss etmək asandır.

*Fransız dilindən tərcümədə "Yaşamaq sənəti"

 

Mətn: Nonna Müzəffərova