Grand Park Plaza / Baku Tower

GRAND PARK PLAZA

s.vurgun2

 NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN KÜÇƏSİ 79 ÜNVANINDA İNŞA EDİLƏN YAŞAYIŞ BİNALARI HAQQINDA ÜMUMİ MƏLUMAT

  • 2 bina; 

  • 2 giriş; 

  • 25 mərtəbə; 

  • 176 mənzil. 

  • İnşa sahəsi: 
                     1960 m2
  • Ümumi həcm: 
                  172600 kub metr
  • Mənzillərin ümumi sahəsi: 
 36981 m2
  • Mənzillərin yaşayış sahəsi:  
22546 m2123

KOMPLEKS HAQQINDA ÜMUMİ MƏLUMAT

Grand Park Plaza yaşayış kompleksi Azinko Holdinq şirkəti tərəfindən Bakı şəhərinin Nəsimi rayonunda, Maliyyə Nazirliyinin yanında inşa edilir. Kompleks - hər birinin 1 girişi olan 2 binadan ibarətdir. Kompleksə 3, 4 və 5 otaqlı mənzillər, həmçinin bir sıra kommunal-məişət xidməti obyektləri daxildir: marketlər, sağlamlaşdırma mərkəzi, idman zalları və s. Gözəl memarlıq layihəsi, seymsmoloji konstruksiya, sıx yaşıllaşdırılmış ərazi sakinlərə rahatlığın yüksək səviyyəsini və təhlükəsizliyini təmin edir. Ərazi 24 saat mühafizə olunur. Uşaqların istirahəti və əyləncəsi üçün hər bir şərait mövcuddur. Kompleksin binaları yüksək dünya standartlarına cavab verən Mitsubishi markalı yük 
 və sərnişin liftləri ilə təchiz olunub. Həyət bilavasitə Zabitlər bağına çıxır. 
 Binaların üzlüyü üçün Belçika istehsalı vitraj şüşələrdən istifadə olunub. 
 Kompleks 2 mərtəbəli yeraltı qarajla təmin olunub.
 Mənzil alıcılarına sərfəli ödəniş sistemi təklif olunur.
 Kompleks yüksək ixtisaslı memar-konstruktorlar tərəfindən layihələndirilib.

s.vurgun

AZINKO HOLDING

Baku Tower

HEYDƏR ƏLİYEV PROSPEKTİ 109 ÜNVANINDA YERLƏŞƏN BİZNES-MƏRKƏZİ

baku_tower

Heydər Əliyev prospekti 109 ünvanında yerləşən biznes-mərkəzinin binası zamanla şübhəsiz ölkənin aparıcı biznes-mərkəzlərindən biri olacaq. Onun torpaq sahəsi təqribən 1.5 hektar təşkil edir. Binanın ümumi sahəsi 84486 m2, hündürlüyü 277 metrdir. Biznes-mərkəzinin yuxarı mərtəbələri otel üçün ayırılıb, bu da iş partnyorlarının kifayət qədər intensiv şəkildə ünsiyyətdə olmağı vacib olduqda, xüsusən biznes tədbirlərinin təşkili üçün çox əlverişlidir.
 Otelin rahat mövqeyi qonaqlara istirahət saatlarında birbaşa öz komfortlu nömrələrinin pəncərəsindən şəhərin və körfəzin gözəl mənzərəsindən 
 həzz almağa imkan verəcək.

Penthouse-da şəhər panoramalı restoranlar olacaq. Burada launch sifariş etmək, və ya dostların yaxud biznes-partnyorlarının əhatəsində şam yeməyi yemək olar. İcarəçilərin səmərəli peşəkar fəaliyyətlərinə səbəb olan bütün lazımi infrastrukturdan başqa biznes-mərkəz geniş iki mərtəbəli idman zalı ilə təchiz olunacaq, burada asudə vaxtda səhhəti yaxşılaşdırıb, trenajorda güc toplamaq imkanı olacaq. Həm icarəçi, həm də otelin qonaqları olan üzgüçülük həvəskarları üçün – həcmli hovuz tikmək planlaşdırılır. İnşaatçıların layihəsində həmçinin elit şadlıq evi nəzərdə tutulub.

NİZAMİ RAYONU HEYDƏR ƏLİYEV PROSPEKTİ 109 ÜNVANINDA İNŞA EDİLƏN BİZNES-MƏRKƏZ HAQQINDA ÜMUMİ MƏLUMAT

  • Torpaq sahəsinin ərazisi: 
       1,4834 ha
  • Qüllənin hündürlüyü: 
            277m
  • Mərtəbə sayı: 
                       52
  • Ümumi sahə: 
                       84486 m2
  • Daxili sahə: 
                         71613 m2
  • Zirzəmi mərtəbəsinin sahəsi: 
17613 m2

AZINKO HOLDING

 

Foto: Pərviz Qasımzadə