DOLCE & GABBANA: XƏYALLARIN ƏBASI

dolcegabbana-ritratti_babic_2_copy

SƏRBƏST DƏBDƏBƏ İLƏ DOLU DOLCE & GABBANA BRENDİNİN İTALİYALI METRLƏRİNİN MÖHTƏŞƏM İPƏKLƏRDƏN USTALIQLA HAZIRLADIQLARI ZƏRİF ƏBALAR KAFTANIN PƏRVAZLANAN SİLUETİNİ İNCƏ KRUJEVALARLA BİRLƏŞDİRİR. DABANLI NƏFİS AYAQQABI İLƏ ONLAR OLDUQCA GÖZƏL GÖRÜNÜR VƏ ƏSL QLAMUR SURƏT YARATMAĞA YARDIM EDƏCƏK.

dolcegabbana_new_abaya_collection_prefall18-19_6_copy

Yeni “Abaya 2018” kolleksiyanız barədə məlumat verərdiniz.

DOMENİKO DOLÇE: Bizim sonuncu əba kolleksiyamız ənənəvi üslubunu əvvəlkindən miras alıb. Amma biz burada mövsümi naxışlardan istifadə etmişik ki, bu da dizayna gözəllik və dolğunluq bəxş edib. Bizi buna nümayişlərin birində gördüyümüz kolleksiya ilhamlandırıb. Həmçinin yeni kolleksiyaya xüsusi hallar üçün nəzərdə tutulan axşam geyimləri və əbaları da əlavə olunub: məsələn, biri topuğa qədər naxışlarla bəzədilən uzun qara libası xatırladır – biz ona valeh olmuşuq!

STEFANO QABBANA: Əbaların ilk kolleksiyası ona görə yarandı ki, biz bütün mədəniyyətlərə mənsub qadınları geyindirmək istəyirdik. Çox sevinirik ki, layihəni layiqincə qiymətləndirdilər. Bizim üçün yeni və maraqlı şeylərə müraciət etməyə vadar edən hər şey bir çağırışdı.

Biz dizaynerik, biz geyim yaradırıq – bu bizim işimizdir. Bizim üçün də onu bütün qadınlar üçün - milli və mədəni ənənələrə hörmət edərək - yaratmaq böyük xoşbəxtlik və şərəfdir.

dolcegabbana_new_abaya_collection_prefall18_1

Bu kolleksiyanın üslubu və konsepsiyası nədən ibarətdir?

S.Q. Biz həmişə fəaliyyətimizdə ehtiras və instinkti rəhbər tuturuq. Kolleksiya yaradaraq, biz ilhamı gündəlik həyatdan alırıq, bizi hər şey ruhlandırır: şəhər küçələrindən təsadüfi keçənlər, getdiyimiz yerlər və uşaqlıq xatirələrimiz.

D.D. Bundan əlavə biz film və rəsm əsərlərindən ilham alırıq. Bizim dəqiq reseptimiz yoxdur. Əşyalara sadəcə diqqətlə baxmaq yetərli deyil – daha geniş düşüncəyə sahib olmalısan: insanların istəklərini anlamağa çalışmaq... onların arzularının nədən ibarət olduğunu görmək...

dolcegabbana_new_abaya_collection_prefall18

Öz üslubunuzu necə təsvir edərdiniz?

S.Q. : Dolce & Gabbana brendi İtaliya, italiyalı olmağın nə demək olduğu haqqında söz açır, amma bunu bütün dünya dillərində edir. Hansı geyimlə məşğul olmağımızdan asılı olmayaraq, zərifliyə, biçimə, detallara, formaya və proporsiyaya diqqətə bir zərrəmizi əlavə etməyi xoşlayırıq, amma eyni zamanda yerli ənənələrə və zövqlərə də hörməti qoruyuruq. Ən əsası isə - biz istəyirik ki, kolleksiyalarımız insanlarda arzuları və emosiyaları, həmçinin müəyyən əlaqə hissini oyatsın.

MÜSAHİBƏ FAROUK CHEKOUFI FOTO MƏTBUAT MATERİALLARI