Həyatın səssiz elegiyası

1982-ci ildə Rostropoviç həyat yoldaşına ABŞ-da, Jordanvilledə yerləşən pravoslav monastırının yaxınlığında bir malikanə hədiyyə edir. Bu mülkü "Galino" adlandırır və bu toponimin ABŞ-ın bütün rəsmi xəritələrinə düşməsinə nail olur. Bu gün, opera səhnəsinin çariçası həyatda olmasa da, əminliklə deyə bilərik ki, Qalina Vişnevskayanın adı böyük sənət xəritəsindən heç vaxt silinməyəcək. Bu ad həmişə ən yüksək istedadın, özünə və başqalarına qarşı amansız tələbkarlığın sinonimi olaraq qalacaq.

Bu düşüncələrimi Vişnevskayanın ölüm xəbərindən sonra yazacağam. Hələlik isə əfsanə qadınla görüşə hazırlaşıram.

1965_2_copy

Qalina Pavlovnanın bizi şəhərdən kənarda, bağda qəbul edəcəyini və Moskvanın ən dolu istiqamətinə - "Jukovka" stansiyasına getmək lazım olacağını, toplanmaq və yola düşmək üçün bir saatdan az vaxtın qaldığını dediklərində, mən heç fikirləşmədim: necə? Ağlımda sadəcə bir şey var idi: gedirəm! Darvaza açıldı və həyətdə bizi əlində lampası olan qurbağa heykəli salamladı. "Amerikadan gəlib", - Qalina Pavlovna bildirdi. Söhbət vida söhbəti oldu. Uşaqlıq, yaradıcılıq və sevgi xatirələri ilə keçdi…

Niyə? Yaşadınız, öhdəsindən gəldiniz?

Bəli! Adətən xaricdə yaşayan hər bir Rusiyalı insan kimi, mən də Rusiya üçün nostalji hisslər yaşamalı idim, ancaq məni və Slavanı necə təhqir elədiklərini unutmadığım üçün heç bir vətən həsrəti çəkmirdim. Nə nostagiya…

vihnevskaya_080_1

Bu hissi özünüzdə öldürdünüz?

Öz özünə uçub getdi, mənim öldürməyimə ehtiyac qalmadı. Qayıtmaq istəmirdim, Slava məni yola gətirdi. Bu bədbəxt ölkəyə geri qayıtdığımda gördüklərimdən dəhşətə gəldim: depressiya, zibillik, solğunluq... Dəhşətli doxsanıncı illər belə idi...

Burada hər yerdə qurbağalar var, Şərqdə bu firavanlığın simvoludur. Onlara olan həvəsiniz haradan yaranıb?

Həyat yoldaşım mənə qurbağa deyirdi. Hətta mənə minalı qurbağa ilə üzük hədiyyə etmişdi... Ömrüm boyu o məni belə çağırırdı. Mən isə ona Buratino deyirdim... Buna görə də bu gözəl varlıqları sevirəm. Hamı bunu bilir və mənə qurbağa hədiyyə edir. Onları qoymağa artıq yerim yoxdur.

hu042290_copy

Bəlkə sizin üçün ağrılı mövzuya toxunacağam, ancaq bilmək istərdim, Mstislav Rostropoviçsiz həyat necə keçir?

Mən bu barədə danışmaq istəməzdim, yaram hələ çox təzədir. Ancaq deyə bilərəm ki, onun kimisi  - hər mənada - olmayıb. Həyat yoldaşı, ata, dahi artist Rostropoviç – yeganədir. O, unikal və əvəzolunmaz idi, onun ailədə və həyatda hərəkətlərini heç cürə təhlil edə bilmərəm. Ancaq deyim ki, o, sizin ölkənizi çox sevirdi, Azərbaycanı öz vətəni hesab edirdi, həyatı boyu özünü Bakıya bağlı hiss edirdi. Bu şəhərdə doğulduğuna görə qürur duyurdu. Bunu göstərmirdi, amma bu həqiqətən də belə idi. Hərçənd nadir hallarda ora gəlirdi, amma bir çox musiqiçilər və bəstəkarlarla dostluğu var idi. O, Azərbaycanı sevirdi və mən sizin ölkənizə gəldiyimdə bu sevginin gücünü anlamaq və hiss etmək istəyirəm. Axırıncı dəfə Bakıda beş il bundan əvvəl olmuşam. Bakı inanılmaz sürətlə böyüyür, mən heç yerdə belə bir şey görməmişəm. Mən Azərbaycana, sizin Prezidentinizə və gözəl birinci xanımınıza müvəffəqiyyət arzu edirəm!

0000266608-034_copy

Elə bu notda da dahi müğənni ilə müsahibəmiz - onun həyatın son müsahibələrindən biri sona çatdı. Qalina Pavlovna, Mstislav Rostropoviçin ölümündən sonra hər kəsə belə deyirdi: "O sadəcə qastrola çıxıb". Nə etməli, onun istedadının yetim qalmış pərəstişkarlarına sadəcə bununla təsəlli tapmaq qalır: o, səmavi qastrolda öz dahi yol yoldaşına qoşuldu. "Həqiqət uğrunda sürgün edilmişlər xoşbəxtdirlər" vida epitafiyası sanki görkəmli cütlüyün bioqrafiyasında epiqraf oldu.

Müsahibə Səadat Qədirova / İTAR - TASS