Uşaqdan böyüyə, hər kəsin bir-birini gözəl anladığı inanılmaz bir universal dil var. Musiqi dili. Hətta bu dildə böyük bir avropalı insanın skripkası danışırsa və onu Azərbaycandan olan balaca qız və oğlanlar dinləyirsə belə. Bu konsert üçün iki görkəmli musiqiçi Budapeştdən heç vaxt olmadıqları Bakıya dörd saatlıq yol qət ediblər. 15 dekabr axşamı M.Maqomayev adına Dövlət Filarmoniyasında, mərkəzində 5 nömrəli internat məktəbinin şagirdləri olan səmimi bir gecə keçirildi. Onlar dünyanı bizim qədər yaxşı görmürlər, ya da heç görmürlər - amma musiqi hər kəsi birləşdirdi.
Feliks Layko öz parlaq, müəllif əsərlərini ifa etdi. Onun skripkası Macarıstan - şanlı musiqisi və rəqsi ilə tanınan macar ölkəsi haqqında danışdı. Əgər zalda idinizsə və azərbaycan motivlərini eşitdinizsə - yəqin ki, musiqiçinin yaradıcılığı ilə yaxından tanış olduğu əfsanəvi kamança ustası Habil Əliyevə dəyər verdiyini gördünüz.
Endre Hegedyuşun barmaqları isə pianonun ağ-qara klavişlərindən hər kəsin sevdiyi "Macarıstan rapsodiyası" və "Liberstraumun" sehrli səslərini çıxararaq fokus ardınca fokus göstərirdi. Və əlbəttə ki, Macarıstan klassik musiqi əsərlərinin sütunları olan Şopen və Bella Bartoksuz nə gecə?
Konsertdən öncə kiçik yarmarkada macarstan ədviyyatlarından, salyami və şokoladlardan zövq alınırdısa, daha sonra ləziz təamlardan dadmaq həzzi var idi. Qonaqlar köpüklənən şərab badəsi ilə (uşaqlar isə - qəlyanaltılarla dolu boşqablarla) köhnə dostlar kimi şirin söhbətdən doymadılar. Nargis komandası və Macarıstanın Azərbaycandakı səfirliyi öz vəzifələrini yerinə yetirdilər - bilet satışından və yarmarkadan toplanmış 8500 manat məbləğ zəif görənlər və gözdən əlillərin oxuma və yazmanı öyrənmələrinə yardım edən Brayl çap maşınının alınması üçün 5 nömrəli internat-məktəbinə köçürüldü. Şagirdlər isə yazılı mezeşkalaçi kökələrini hədiyyə aldılar - Macarıstanda bu kökələri adətən Milad bayramında bir-birinə hədiyyə edirlər. Xarici dövlətlərin səfirlərinin və Azərbaycandakı beynəlxalq nümayəndəliklərinin həyat yoldaşları toplanıb bu zəncəfilli kökələri şirin qlazurla bəzəyərək sevgilərini göstəriblər. Onlara məşhur Macarıstan şirniyyatçı Marianna Kadar təlim keçib.