Baku Jazz Festival – 2019

Caz musiqisi – dünyanın etnik mədəniyyətlərinin unikal və təkrarolunmaz sintezidir. JAZZ – ən demokratik musiqi tərzi və yaradıcılıq üslubudur.

Caz improvizasiyaları ilə dolu ənənəvi Bakı payız festivalı bu sənətin pərəstişkarlarına müxtəlif musiqi yenilikləri və görüşləri vəd edir.

Oktyabrın 18-dən 27-dək Bakıda keçirilən “BAKU JAZZ FESTIVAL – 2019” festivalının proqramına müxtəlif üslub və istiqamətlər daxildir: avanqard, etnik jazz, simfojazz... Bu il festival – More jazz, more intellect (“Daha çox jazz, daha çox intellekt”) şüarı altında keçiriləcək! Arzu edən hər bir kəs musiqiçilərin ustad dərslərinə, rəsm və foto sərgilərinə, dünya kinosunun jazz mahnılarına dair müzakirələrə, həmçinin tematik, praktik və məlumatverici proqramlara qatıla bilər. Festival bir neçə məkanda fəaliyyət göstərəcək: Landmark, Muğam Mərkəzi, Azərbaycan Dövlət Akamedik Musiqili Teatrı, Kamera-Orqan Musiqisi Zalı (Kircha).

Jazz festivalının gözəçarpan məqamlarından biri də gecəyarısı jam-session’dur. Bakı festivalı “Round Midnight” jazz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir! Bakı festivalı dünya festival ənənələrindən geri qalmır – bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlərinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir.

Əvvəllər heç yerdə belə bir musiqi kollektivləri tərəfindən səslənməyən improvizasiya seansları – tamaşaçılar və jaazmenlərə eksklüziv intellektual zövq yaşadacaq. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan jaazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə bütün musiqi həvəskarları və jazz sevərlər üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq. Jazz konsertləri üzrə ixtisaslaşan avstriyalı ekstra-sinif səs rejisoru (tonmeister) təşrif buyuracaq. Əvvəlki festivalların səs yazısını qüsursuz qeydə almış avstriyalı ustadın səsləndirmə sistemi Avropa jazz klubları səviyyəsində qurulmuşdu.

Daha cavan ifaçıları gənc istedadların beynəlxalq jazz müsabiqəsində dinləmək mümkün olacaq. Münsiflər heyətinin adları barədə, habelə müsabiqədə iştirak etmək üçün detallarla tanış olmaq üçün festivalın veb saytında tam məlumat əldə etmək mümkündür.

 

Festivalın təşkilat komitəsi ali təhsil müəssisələrinin tələbələri üçün 50%-lik endirim təmin edir. Tələbə biletini təqdim edən hər bir kəs bütün kassalarda biletləri endirimli qiymətə əldə edə biləcək. Festival proqramı haqqında ətraflı məlumatı festivalın rəsmi saytında əldə etmək mümkündür: bakujazzfestival.com