1780-ci ildə dağlıq Şuşada balaca xan qızı dünyaya gözlərini açacaq. Zadəgan qan onun balaca vücudunda iki tərəfdən də axacaq. Qıza Ağabəyim ağa adı veriləcək. Məhz o, 18 yaşından iki ölkə arasında maneə daşını su kimi yonmağa başlayacaq.
Məryəm Bayraməlibəyova 1898-ci ildə anadan olub və atası, bədii əsərlərin rus dilindən tərcüməçisi olan anası Şirin xanımla birlikdə onu və digər uşaqlarını kitablarla əhatə edərək və ən müxtəlif dillərdən ifadələri öyrədərək maarifçilik ruhunda böyüdürlər. Məryəm rus, fars və ərəbcə danışırdı, Quran oxuyurdu. 8 yaşında o, Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar üçün Bakı Müsəlman məktəbinə gedir. Bütün imtahanları "əla" qiymətlərlə bitirərək o, "Müqəddəs Nina" məktəbina daxil olur. Buradan da, qızıl medal alaraq Moskva Tibb İnstitutuna yollanır. Yeri gəlmişkən, ödənişi dəfələrlə bu cür xeyriyyəçilikləri edən Murtuza Muxtarov üzərinə götürür. Təəssüf ki, Oktyabr inqilabı gənc qızın bütün planlarını alt-üst edir və geri qayıtmağa məcbur olur. Xeyr, o, öz məqsədinə nail olacaq. 1931-ci ildə BDU-nun hüquq fakültəsini təccüblü deyil ki, yenə də qırmızı diplomla bitirəcək və hətta aspiranturaya daxil olacaq.
30 may 1920-ci ildə Bakıda Əli Bayramov adına Qadın Klubu yaradıldı. Bu klub dərhal özünü əsas qadın mərkəzi olaraq tanıtdı və növbəti yaradılan klublara nümunə oldu. İki ildən sonra klub o zaman Fars küçəsində yerləşən Səadət sarayına köçürüləcək. Daha iki ildən sonra Klara Setkin bu klubu ziyarət edəcək. Amma gəlin sıra ilə.
Bir-birinin ardınca partiyaların, fərdlərin, rəhbərlərin, nizamsız şəkildə hökümətin dəyişildiyi bir dövrdə Azərbaycan bir çox layiqli nümayəndələrini itirdi. Faciəli hadisələrdən qaçmaq üçün imkanı olan hər bir kəs ölkəni təcili olaraq tərk etdi.
"Səmalarda uçmaq - məgər qadın işidir?" - qəhrəmanımızın anası hövsələsiz qızından hər şey gözləyərək ürəyində qorxu ilə ondan soruşur. Lakin bunu heç gözləmirdi. Azərbaycanda qadınlar uçmurdu, o ki qaldı.... bütün Sovet İttifaqında qadın siması ilə aviasiya hələ yeni yaranırdı.
Mesenat sözü ilə yanaşı hər bir azərbaycanlının zehnində xalqının problemlərini həll etməyə hazır olan səxavətli və müdrik bir kişi obrazı yaranır. Yeri gəlmişkən, çox vaxt da təkcə öz xalqının deyil. Söhbət bundan getmir. Bizim qəhrəmanımız bu stereotipləri darmadağın etdi.
Nigar tanınmış və çox təhsilli dini xadim Mirzə Hüseyn Əfəndi Qaibovun evində dünyaya gələcək. Mirzə Hüseyn, bütün həyatını qadınların təhsil almaq hüququnu müdafiə edərək, elm və maarifçiliyə həsr edəcəkdir. "Şəriətdə belə bir qadağa yoxdur" - deyərək o, təkrarlayır və iki qızına o dövrdə verilə biləcək ən yaxşı təhsili verir.
İlk növbədə o, Nəcəf bəyin həyat yoldaşı idi, onun qələmindən isə ilk Azərbaycan faciəsi çıxıb. Nəcəf bəyin sətirlərinin bizə gəlib çatması məhz Xurşid xanımın xidmətinin nəticəsidir. "Onun hətta ən əhəmiyyətsiz işlərini belə mən göz bəbəyim kimi qoruyurdum." - ölümündən bir müddət əvvəl o, belə deyəcək.
Adının mənası - "Hər kəsin sevimlisi" onun əvəzinə taleyini təyin etmişdi. O, 1901-ci ilin noyabrın 25-də anadan olmuş və həyata gəlməsi ilə bir qadının səhnəyə çıxmasına, alqışlara və tamaşaçı rəğbətinə haqqı olduğunu bəyan etmişdi.