Qarşıda baş tutacaq Vertigo sərgisinin təfərrüatı ilə bölüşmək üçün nəşr gününü səbirsizliklə gözləyirəm. Tezliklə doğma şəhərimizdə bizi səs instalyasiyası gözləyir, həm də adi yerdə deyil, düz Şirvanşahlar sarayında!
Fidan Kim cəmi 20 yaşındadır. İncəsənət Akademiyasının tələbəsi olan gənc qız öz eksperimental rəsmləri ilə şəhər sakinlərini heyrətləndirməyi bacardı.
"Mədəniyyət Bloggeri" kimi vacib bir vəzifəni icra edən biri olaraq oxucumu lokal çərçivə ilə məhdudiyyətləndirə bilmərəm. Axı üfüqləri genişləndirmək mümkündür və lazımdır! Getdiyim yer haqqında isə uzun-uzadı təxmin etmək lazım gəlməyəcək. ONUN haqqında və ORADA sonsuz yazmaq mümkündür! Bu gün biz sizinlə Parisə - Pikasso Muzeyinə yollanırıq.
Samir Salahovu hər kəs olduqca qeyri-adi, qrafikaya yaxın üslubda işləyən küçə rəssamı kimi tanıyır. Onu həm rəssam, həm dizayner adlandırırlar, bu da yalnız eşitdiklərimdir. Onun özünü kim hesab etdiyini isə müəyyənləşdirmək çətindir - bugünkü qəhrəmanımız özü haqqında danışmağı çox da sevmir. Mən onu danışdırmağa çalışdım və bu alındı.
Payızda piroq bişirərlər, yeni saç düzümü edərlər, ideal çay kəşf edərlər, həm də - oxuyarlar! Bir də ki, pəncərədə yarpaqlar tökülənədək mütləq evdə ən azı bir dəfə də olsa isti içəcək ilə şala bürünüb payız kitabı oxumaq lazımdır. Şəxsən mən ətirli şamlar almağı məsləhət görürəm, kitabı isə, əziz Oxucu, zövqünə və əhval-ruhiyyənə görə seç!
Sevimli şəhərimizdə müxtəlif mədəniyyətlər birləşir. Sadəcə Bakını gəzərək başa düşmək olur ki, burada nə qədər fərqli insanlar yaşayıb və yaşayır – ənənələr və dinlər iç-içədir və bu, indi şəhərdə öz əksini necə tapır. Sizin diqqətinizi bu gün məhz belə bir sənət əsəri sayılan, içəri şəhərdə yerləşən Bəylər məscidinə cəlb etmək istəyirəm.
Zeynəb Cahan - hələ çox gənc, amma biganə olmayan yeni nəsil Azərbaycan gəncliyinin çox istedadlı bir nümayəndəsidir. Zeynəb əfsanəvi Sorbonne universitetinin hüquq fakültəsində təhsil alıb, mədəniyyət və incəsənətlə maraqlanır, Bakıda mötəbər “Kitab rəfi” layihəsinin kuratorudur, şəxsi bloqunu yazır. İndi Zeynəb, "Nargis"in oxucularına ölkəmizdə və dünyada baş verən maraqlı və əsas mədəni hadisələr haqqında danışacaq.