Stella McCartney yeni kolleksiyasını sevdiyimiz hər kəsə həsr edib. O, nümayişin qonaqlarına İndoneziyanın Sumatra adasında milli parkın Gunung Leuser ekosisteminin qorunması üzrə keçirilən kampaniyasının çərçivəsində ağac əkərək öz hisslərini etiraf etməyə dəvət etdi
Saint Laurent brendinin kreativ direktoru Entonu Vakkarellonun payız-qış kolleksiyası 80-ci illərin modasından ilhamlanmışdır: uzun trençkotlar, böyük bantlar, ciddi kostyumlar, həcmli fənər-qolluqlar
Moda Həftəsi Milandan sakitcə Parisə keçdi. Moda paytaxtında yaz kolleksiyasını ilk təqdim edənlərdən biri Jacquemus brendi oldu. Əvvəlki mövsümlərdə olduğu kimi dizayner kənddə keçirdiyi uşaqlıq dövründən, həmçinin Mon Oncle və Les Demoiselles de Rochefort filmlərindən ilhamlanıb
Domeniko Dolce və Stefano Gabbana Eleganza adlı kolleksiya buraxıblar - 36 illik iş ərzində dizaynerlərin əsas moda tapıntılarını əks etdirən 127 obraz: kişi və qadın kostyumları, leopard naxışlar, parça, payetkalar və sair
"Mən bant istəyirəm", – bazar ertəsi günü Silviya Venturini Fendiyə dedi, çərşənbə axşamı isə o, artıq yox idi. Karl Lagerfeld son ana qədər çalışırdı və bu şouda iştirak etməyi düşünürdü. Dünən, Fendi moda evi əfsanəvi kuturyenin sonuncu möhtəşəm kolleksiyasını təqdim etdi. Səhnə arxasında Silviya göz yaşları içində boğulurdu
Fevralın 21-də Act n°1 Milanda payız kolleksiyasını təqdim etdi. Dizaynerlər çox vaxt interyerlərdə tətbiq olunan jakkard parçalardan istifadə ediblər, onların üzərinə eleqant çaplar vurublar, polivinilxlorid naxışlarla örtüb ağ köynəkləri təzadlı tül ətəklərlə birləşdirərərk ximera yaradıblar
London Moda Həftəsində gürcü dizayneri David Komanın nümayişi keçirildi. David əsasən qadın bədəninin siluetini ideal vurğulayan zərif paltarları ilə tanınır
Emilia Wickstead payız kolleksiyası Frensis Ford Koppolanın "Xaç atası" trilogiyasından ilhamlanıb. Dizaynerin muzası 1990-cı ildə Sofiya Koppolanın çox gözəl ifa etdiyi mafiya başçısının qızı Mari Korleone olmuşdur