15-16-17 Mart

Bu bahar mövsümünü nəinki isti, parlaq və rəngarəng, həm də xeyirxah edə bilərik! Nargis fondu ilk dəfə olaraq "Torpaq əlimdə, bahar ürəyimdə" adlı xeyriyyə yarmarkası keçirir. Yarmakanın qonaqları şip-şirin evlərin arasında gəzərək, ləzzətli qovrulmuş şabalıdları və digər ləziz yaz təamlarını dadaraq, sevdiyimiz Novruz bayramının bütün koloritini hiss edərək öz vaxtlarını çox xoş keçirəcəklər. Yarmarkada toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi və əməliyyatlarına sərf olunacaq.

Harada: Fəvvarələr meydanı

Nə zaman: 15 mart – 1 aprel, saat 11:00 -  23:00

 

Bu cümə Azərbaycan Simfonik Orkestri ilə birlikdə amerikalı virtuoz pianoçu Culiya Zilberkvit çıxış edəcək. Orkestri Azərbaycan Xalq Artisti professor Rauf Abdullayev idarə edəcək.

 Harada: Azərbaycan Dövlət Akademik Filarmoniyası

Nə zaman: 15 mart, 19:00

 

Fransız heykəltəraş Mauro Kordanın “Zoospective and Morphospective” adlı sərgisi açılır. Rəssamın müxtəlif mühitlərdə və vəziyyətlərdə bir insanın daxili dünyasını meydana çıxardığı, həmçinin bir sıra heyvan növlərinin sürətlə yoxa çıxması kimi qlobal məsələlərə də diqqət yetirdiyi 40 əsəri ilə tanış olmaq mümkündür.

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 15 mart – 15 sentyabr

 

Korjik, Kompot və Karamelka pişiklərinin macəraları, şən mahnılar, çılğın rəqslər, çoxlu zarafatlar və maraqlı interaktiv oyunlar uşaqları darıxmağa qoymacaq!

 Harada: Akademik Milli Dram Teatrı

Nə zaman: 16 mart, 12:00

 

Şənbə günü Azərbaycan musiqisinin titanı Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasından zövq alacağıq.

Harada: Azərbaycan Dövlət Musiqili Teatrı

Nə zaman: 16 mart, 14:00

 

Dahi yapon pianoçu Keyko Matsui Tanabata "ulduz festivalı" ilə ilhamlandığı Echo adlı yeni solo albomu ilə dünya turnesinə çıxıb. Bu, pianoçunun 30 il ərzində 28-ci albomudur!

 Harada: Heydər Əliyev adına saray

Nə zaman: 16 mart, 19:00

 

Martın 13-dən 17-dək müxtəlif musiqi məktəblərində 3-cü Testen Art Baku Beynəlxalq Festivalı keçirilir. Festivalda müxtəlif yaş qrupları üzrə (4 yaş və 20 dən çox) konkursantlar iştirak edəcək. Müsabiqədə müxtəlif nominasiyalar təqdim olunur: vokal, instrumental, rəqs, moda, dizayn və sair. Gala-konsert və mükafatlandlrma mərasimi bu bazar günü keçiriləcək. Giriş pulsuzdur. 

 

Harada: Rəşid Beybutov adına Azərbaycan Dövlət MahnıTeatrı

Nə zaman: 17 mart, saat 12.00

 

"Cırtdan: Novruz Macərası" adlı unudulmaz şousunu seyr edərək bahar bayramı atmosferinə daxil oluruq.

Harada: Bakı Konqres Mərkəzi

Nə zaman: 17 – 22 mart

 

Böyük ekranda tarix sevənlər üçün Britaniya muzeyi tərəfindən təşkil edilmiş "Vikinqlər: Həyat və Əfsanələr" adlı blokbaster-sərgisi nümayiş olunacaq.

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 17 mart, 13:00

 

Bu bazar "Yeddi rəng: göy" adlı qeyri-adi tədbir keçiriləcək, tədbir çərçivəsində biz rəng meditasiyasına qərq olub, yoqa təcrübəsi keçə biləcəyik. Tədbirin aparıcıları – neon rəssamlığının ustası, dünyanın ilk neon art muzeyinin yaradıcısı Fərid Ələkbərov və Mixail Alkov olacaqlar.

Harada: Farhouse Neon Museum.

Nə zaman: 17 mart, 18:00