26-27-28 aprel

Muzey Mərkəzinin İncəsənət Qalereyasında yeni sərgi formatı hazırlanır. All you need is love... interaktiv layihəsi İnna Kostina, İrina Eldarova, Ənvər Əsgərov, Məmməd Rəşidov və başqaları kimi rəssamların və heykəltəraşların 80 əsərini bir məkanda birləşdirir. Uşaqları özlərini gənc rəssam rolunda sınaya biləcəyi xüsusi bir proqram gözləyir.

Harada: Muzey mərkəzi
Nə zaman: 20 aprel – 19 may, 10:00 – 18:00



Həftə sonu kişi və qadın arasındakı əlaqələrə, həmçinin qadınların müasir sənətdə təmsili məsələsinə toxunan "Kukla evi" qrup sərgisini ziyarət edə bilərsiniz. Kuratorlar – Anika Meyerin iştirakı ilə Alfons Huq və Əsli Səmədova. Giriş pulsuzdur.

Harada: Kapelhaus
Nə zaman: 26 aprel, 13:00



İdman, rəqs və sənət: bədii gimnastika izlənməsi həmişə heyranedici və təsirləndirici olan bir idman növüdür. Bu cümə Bədii Gimnastika üzrə Dünya Kuboku keçiriləcək. Yarışmada 200 ölkədən 39 gimnast iştirak edəcək.

Harada: Milli Gimnastika Arenası
Nə zaman: 26 aprel, 15:00



Cümə günü Bakıda Mstislav Rostropoviç adına 10-cu yubiley festivalı keçiriləcək! Konsert proqramına Cuzeppe Verdi, Kamil Sen Seans və İqor Stravinski kimi dünya şöhrətli musiqiçilərin əsərləri daxildir. Dirijor – Fuad İbrahimov, solist – Pablo Fernandesdir.

Harada: Heydər Əliyev adına saray
Nə zaman: 26 aprel, 19:00

 

Parlaq və enerjili Cessi Cey bu şənbə Bakıda hər kəsi ruhlandıracaq!

Harada: Baku Crystal Hall

Nə zaman: 27 aprel




Bu il Formula1 Qran Prisi yeni format və yeni ad qazanır – Baku City Sounds. Bu şənbə günü Shazam çartlarına başçılıq edən, birinci Alman musiqiçisi, dünya şöhrətli Robin Şultsun treklərini dinləyirik.

Harada: Elektra Events Hall
Nə zaman: 27 aprel, 23:00

 

"Renuar: naməlum rəssam" film-sərgisi nəinki bizi böyük impressionistin cəmiyyətdə rezonans yaradan rəsmləri ilə, həm də onun şəxsi həyatının naməlum tərəfləri ilə tanış edəcək. Rejissor – Fil Qrabski.

Harada: Park Cinema, Flame Towers
Nə zaman: 28 aprel, 13:00




Doğma şəhərimizdə artıq açıq hava tamaşalarını seyr etməkdən zövq almaq mümkündür! Bu bazar günü Stefan Zveyqin "Naməlum qadının məktubu" adlı təsirli hekayəsinə qərq oluruq.

Harada: Flora Hostel Baku
Nə zaman: 28 aprel, 20:00


Avtomobil yarışının sonuncu əyləncə gecəsi bazar günü keçiriləcək: DJ pultunda – elektron musiqisinin yeni ulduzu Lost Frequencies olacaq.

Harada: Elektra Events Hall
Nə zaman: 28 aprel, 23:00