10-11-12 May

Mateonun çətin taleyi və onun həyat dilemması kəskin süjetli "Matteo" kolumbiya filminin əsası olmuşdur. Bakıda bu filmi cümə günü seyr etmək olar.

Harada: Nizami Cinema Center

Nə zaman: 10 may, 18:30

 

Bir xalça özündə bir çox mühüm tarixi bilgiləri saxlaya bilər, həmçinin bir çox maraqlı ənənələr barədə də məlumat verə bilər. Azərbaycan Xalça Muzeyi sənətsevərləri muzeyin kolleksiyasında saxlanılan "Bağ" divar xalçasının tarixi ilə tanış olmağa dəvət edir. Bütün sirlərin üstünü isə açmağa Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasının professoru Tamilla Məmmədova kömək edəcək. Giriş pulsuzdur.

Harada: Azərbaycan Xalça Muzeyi

Nə zaman: 11 may, saat 14.00

 

Xalq yazıçısı Elçinin pyesi əsasında "Şeytanın oyunları" adlı tamaşanı izləməyə hələ də vaxtınız var. Absurd teatrı Azərbaycan üçün olduqca yeni istiqamət olsa da, bu eksperiment, axtarış və fəlsəfi düşüncələrlə dolu olan tamaşa sizi darıxmağa qoymacaq. Rejissor Kamran Şahmərdan.

Harada: Rus Dram Teatrı

Nə zaman: 12 may, 19:00

 

Pyerluici Kanovinin kolleksiyasındakı orta əsrlər işgəncə alətlərindən ibarət qeyri-adi sərgi davam edir. Bütün bu işgəncə inventarı Avropada kafirlərə və cadugərlərə qarşı keçirilən məhkəmə prosesləri zamanı istifadə edilmişdir.

Harada: "İçərişəhər" Muzey Mərkəzinin Şirvanşahlar sarayı

Nə zaman: Avqustun sonuna qədər, saat 10:00-dan 18:00-a qədər

 

"Rembrandt" film sərgisi – dahi hollandiyalının əsərlərinin misilsiz toplusudur. Tamaşaçılar London Milli Qalereyası və Amsterdam Dövlət Muzeyi tərəfindən birgə təşkil edilən geniş miqyaslı sərginin yaradılması prosesini müşahidə edəcəklər, korifey rəssamın həyat hekayəsinə qərq olacaqlar, onun şah əsərlərinin sirlərini öyrənəcəklər.

Harada: Park Cinema, Flame Towers
Nə zaman: 12 may, 13:00