Nargis x UNICEF xeyriyyə layihəsi çərçivəsində Samsung və Unilever şirkətlərinin sponsorluğu ilə yeddi qadın-fotoqraf yalnız Samsung S10+ smartfonundan istifadə edərək gənc anaların autentik gündəlik həyatlarını həkk etmək üçün Azərbaycanın yeddi regionuna yollandılar. Sərgidə Leyli Ələkbərovanın, Mələk Bayramlının, Mehparə Vaqifin, Natavan Bahabovanın, Səadət Qurbanovanın, Sitarə İbrahimbəylinin və Ülviyyə Mahmudovanın fotolarını görmək mümkündür. Nəinki görmək – hətta əldə etmək! Hər bir foto yeganə nüsxədədir və heç bir rəqəmsal surəti yoxdur. Toplanan vəsait uşaqların müalicəsi üçün Nargis xeyriyyə fondunun hesabına yatırılacaq.
Harada: Müasir İncəsənət Muzeyi
Nə zaman: 27 iyun - 3 iyul
Böyük italyan bəstəkarı "Rossini üçün messa" kimi düşünülmüş Verdinin ölümsüz "Rekviyem" əsəri 1869-cu ildə, tam 150 il əvvəl yazılmışdı. Bu cümə günü əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edəcək. Dirijor - Yalçın Adıgözəlov. Solistlər – Rusiyanın aparıcı dramatik sopranolarından biri Elena Mixailenko, Avropada mezzo-soprano olaraq tanınmış almaniyalı Mareyke Yankovski, Avropanı fəth edən gənc tenor Azər Zadə və İtaliyanın "yeni ulduzu" bas Antonio Di Matteodur. Başgicəlləndirici miqyas: 200-dən çox musiqiçi bir səhnədə çıxış edək!
Harada: Heydər Əliyev Mərkəzi
Nə zaman: 28 iyun, 20:00
Əgər hələ də "Azərbaycanın mədəni müxtəlifliyi" adlı sərgidə olmamısınızsa, cümə günü son gündür. Layihə Azərbaycanın Niderland Krallığının səfirliyi ilə birlikdə Bakıda keçirilən mədəni əməkdaşlıq çərçivəsində həyata keçirilib. Fotoqraflar Arien Zvart, Ramina Boçarova, Rüstəm Hüseynov, Vaqif Muğallı, Arif Quluzadə, Cordano Sotiriou, Onno Kerverd və kinematoqraf Ülvi Mehdi Astara rayonunun Sım kəndində yaşayan sakinlərin mədəniyyətini və adətlərini fotolarda əks etdiriblər.
Harada: Müasir İncəsənət Muzeyi
Nə zaman: 28 iyun, 20:00
Yalnız bir gün, bu şənbə, Bakıda unikal toy sərgisi keçiriləcək. Sərgidə təkcə toy libasları, tortlar və güllər deyil, həm də evlənmək istəyən gənc insanların ağlına gələn hər bir şey – bal ayı səyahətindən tutmuş mənzil və hamiləliyin planlaşdırılmasına qədər təqdim olunacaq. Həmçinin burada şəhərin ən yaxşı toy fotoqraflarının işləri sərgilənəcək. Sosial şəbəkələrdə bizi izləyin, hər şeyi göstərəcəyik!
Harada: Boulevard Hotel Baku
Nə zaman:29 iyun, 9:00 – 21:00
"Macar fank" musiqi janrının ixtiraçıları, 2008-ci ildə "Macar Mədəniyyətinin Səfirləri" olan Kerekes Band qrupu bu şənbə günü konsert verəcək! Giriş pulsuzdur.
Harada: Landmark III Rotunda Hall
Nə zaman: 29 iyun, 19:00
Bu şənbə günü "Günay" uşaq teatrı hər kəsin sevdiyi Buratinonun sərgüzəştləri nağılının motivləri əsasında "Qızıl Açar" adlı şən, rəngarəng və musiqili tamaşanı təqdim edir.
Harada: Rəşid Behbudov adına mahnı teatrı
Nə zaman: 29 iyun, 12:00–13:30
Motun qastrol proqramı Bakıda yay anşlaqı olmadan ötüşməyəcək. İyun ayının sonlarında məşhur Black Star leybllı artisti qarşılayırıq.
Harada: Elektra Events Hall
Nə zaman: 29 iyun, 20:00
Gürcüstanlı müğənni, multi-instrumentalist və bəstəkar, çoxsaylı mükafatların və festivalların qalibi David "Dato" Xudcadze Bakıda "Özlüyorum" adlı solo konserti ilə çıxış edəcək.
Harada: Heydər Əliyev adına Saray
Nə zaman: 30 iyun, 20:00
Mifologiyaya görə tanrılardan odu oğurlayıb insanlara bəxş edən Prometey bu əməlinə görə Qafqaz dağlarına zəncirlənibmiş. Əsrlərdən sonra Qafqazda, yəni məhz Bakıda dünya miqyasında neft sənaye yolu ilə hasil edilir. İyun ayı ərzində Bakıda bəşəriyyətin texniki inkişafı yoluna həsr olunmuş “Odun oğurlanması. Prometeydən neftə” adlı sərgi keçiriləcək.
Harada: Kappelhaus
Nə zaman: 30 iyuna qədər 13:00-19:00
Onu bütün zamanların ən möhtəşəm ustalarından biri adlandırırlar. Onun şəxsiyyəti və yaradıcılığı haqqında çoxlu sirlər var. İntibah dövrünün ən əhəmiyyətli rəssamlarından biri haqqında yeni film sirr pərdəsini qaldırır, onun yaradıcılığının köklərini araşdırır və maksimal dərəcədə əsl portretini yaradır.
Harada: Park Cinema, Flame Towers
Nə zaman: 30 iyun, 13:00