4-5-6 oktyabr

Cümə günü rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisinin təntənəli açılışı olacaq. Ekspozisiyada yer almış əsərlərin əksəriyyəti son iki ildə çəkilmişdir və caz musiqisinə həsr olunub. 

Harada: Muzey Mərkəzi

Nə zaman: 4 - 9 oktyabr

 

Xalq rəssamı Eldar Mikayılzadə "Bir eksponatın tarixi" layihəsi çərçivəsində yaratdığı "Nəsimi" xalçasının hekayəsini danışacaqdır. Mühazirə Azərbaycan dilində keçiriləcək. Giriş sərbəstdir. 

Harada: Azərbaycan Milli Xalça Muzeyi

Nə zaman: 5 oktyabr, 14:00

 

Yapon mədəniyyətini və döyüş sənətlərini sevənlər bu şənbə günü ilk Budo festivalında bir araya gələcəklər. Festival çərçivəsində Yaponiya döyüş sənətinin altı növü – aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo təqdim olunacaq, digər ölkələrin usta idmançıları çıxış edəcəklər, yaponiya mətbəxinə isə hətta ayrıca bir stend həsr ediləcək. 

Harada: Əl oyunları sarayı

Nə zaman: 5 oktyabr, 11:00 

 

Ənənəvi Handicraft Bazaar yarmarkasını qaçırmayın. Yarmarkada satışdan əlavə çoxlu yemək, gənc rəssamların işləri, canlı musiqi, ustad dərsləri də olacaq. 5 oktyabr müəllimlər günü lotereyada iştirak edən ilk beş müəllim təşkilatçılar tərəfindən hədiyyə alacaq. 6 oktyabrda isə yarmarkaya Garage sale qatılacaq.

Harada: Passage 1901

Nə zaman: 5 və 6 oktyabr, 11:00 – 20:00

 

DokuBaku Sənədli Film Festivalı davam edir. Cümə və şənbə günləri şəhərin müxtəlif yerlərində, kinoteatrlarda və mədəniyyət mərkəzlərində Valter Ruttmannın "Berlin. Böyük şəhərin simfoniyası", Kristian Frayanın və Maksim Arbugaevin "Genesis 2.0" filmlərini və digər filmləri seyr edə bilərsiniz. Kino nümayişlərin tam proqramı festivalın rəsmi saytında mövcuddur.

Nə zaman: 5 və 6 oktyabr

 

Bazar günü anime, manqa, kibersport və müasir Yaponiya mədəniyyətinin pərəstişkarları AzeCON yeddinci kosplay-festivalında iştirak edəcəklər. Proqrama karaoke, kospleyerlər üçün fotosessiya, tematik müsabiqələr və sair tədbirlər daxildir. Khal Droqo, Möcüzə-qadın, Coker və və digər iştirakçılar rəsmi açılışdan bir saat yarım əvvəl saat 10:00-da toplaşırlar. 

Harada: Bakı İdman Sarayı

Nə zaman: 6 oktyabr, 11:30

 

YARAT Müasir İncəsənət Mərkəzinin genişmiqyaslı təhsil layihəsi çərçivəsində 25 illik təcrübəyə sahib məsləhətçi və təlimçi Mixael Fuks insan potensialının inkişafı haqqında danışacaq və komanda işini təkmilləşdirmək üçün öz metodlarını paylaşacaq. 

Harada: YARAT Müasir İncəsənət Mərkəzi

Nə zaman: giriş mühazirəsi – 5 oktyabr, 12:00

Təlim – 6 və 7 oktyabr, 10:30

 

Çərşənbə günü 10-cu Avropa Filmləri Festivalı başladı. Bütün film nümayişlərinə giriş pulsuzdur, ancaq kassadan bilet almağı unutmayın.

Harada: Bakı kinoteatrları

Nə zaman: 16 oktyabra qədər

 

Paytaxtda ənənəvi bal yarmarkası davam edir. Yarmarkada təqdim edilən qızılı rəngdə və yabanı bal Azərbaycanın bölgələrində təcrübəli arıçılar tərəfindən toplanıb.

Harada: Tofiq Bəhramov adına Stadion

Nə zaman: 18 oktyabra qədər

 

4 oktyabr – Ümumdünya heyvanlar günüdür. Bütün ay ərzində ölkənin ən böyük sənət muzeyi 3-15 yaşadək uşaqları əyləndirəcək. Proqrama kölgə teatrı, face-art, kvestlər, muzeylə tanışlıq və s. daxildir. 

Harada: Azərbaycan Milli İncəsənət Muzeyi

Nə zaman: 30 oktyabra qədər, 11:00

 

II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Türkiyənin tanınmış rəssamı Əhməd Günəştəkinin “Yaddaşın əlifbası” adlı fərdi sərgisi açılıb. Ekspozisiyada rəssamın hürufiliyə həsr olunmuş instalyasiyaları və qədim Göbəkli Təpə məbəd kompleksində aşkar edilmiş arxeoloji tapıntıların təsiri altında yaratdığı məşhur “Ölümsüzlük otağı” da sərgilənən işlər arasında yer alır.  

 

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 31 mart 2020 tarixinə qədər

 

“Musiqi alətləri: birlik və müxtəliflik” unikal sərgisi davam edir. Burada müxtəlif ölkələrdən təxminən iki yüz musiqi alətini, həmçinin məşhur ifaçıların arxiv səs yazılarını görmək və dinləmək imkanı var. 

Harada: Heydər Əliyev Mərkəzi

 

Fərhad Xəlilovun “Yenidən Bakıda” adlı böyük sərgisini qaçırmayın. Bu rəssamın Bakıda təşkil etdiyi ikinci fərdi sərgisidir, birincisi on il bundan əvvəl olub.

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 2020-ci ilin mart ayına qədər