29-30 noyabr - 1 dekabr

Tanqo festivalı çərçivəsində ustalardan dərs alırıq! Xarici qonaqlarımız Intermediate səviyyəsində olan rəqqaslara pulsuz master-klasslar verəcəklər: cümə günü – Sesiliya Akosta və Levan Qomelauri, şənbə – Yakof Şonski və Mariam Rossa, bazar günü isə – Aqustina Pyadjo və Maksim Qerasimov.

Harada: Landmark, 22-ci mərtəbə

Nə zaman: 29 noyabr, 18:00 – 19:30;

30 noyabr, 17:30 – 19:00;

1 dekabr, 14:30 – 15:45

 

Tanqoya aşiqisinizsə, amma nədən başlayacağınızı bilmirsinizsə, o zaman peşəkar tangeroslar bu ehtiraslı rəqsin əsaslarını sizə təmənnasız öyrətməyə hazırdırlar, ancaq bu həftə sonu. Cümə günü – Hulio Saavedra və Beka Qomelauri, şənbə və bazar günləri isə Bakının ən yaxşı rəqs məktəblərinin müəllimləri tərəfindən master-klasslar veriləcək. Dərsləri qaçırmamaq üçün telefonunuza xatırlatma qoyun.

 

Harada: Landmark, 22-ci mərtəbə

Nə zaman: 29 noyabr, 19:30 – 21:00;

30 noyabr, 16:00 – 17:30;

1 dekabr, 16:00 – 17:15

 

Tangerosların sevimli axşamları olmadan əsl Tanqo festivalı olmaz – və bu milonqadır.

 

Harada: Nizami Restaurant&Lounge və Landmark, 22-ci mərtəbə

Nə zaman: 29 noyabr, 21:30 – 05:00;

30 noyabr, 22:30 – 05:00;

1 dekabr, 22:00 – 00:00

 

Çılğın rəqslər, balkan motivləri və bol əyləncə: Emir Kusturitsa “The No Smoking Orchestra” qrupu ilə birlikdə ilk dəfə olaraq cümə günü axşamında Bakıda çıxış edəcək. Əla əhval-ruhiyyəyə zəmanət verilir!

Harada: Heydər Əliyev Mərkəzi

Nə zaman: 29 noyabr, 20:00

 

Canlı musiqi və peşəkar rəqqaslarla birlikdə tanqo qala şousunu qaçırmayın!

 

Harada: "Nizami" kino mərkəzi

Nə zaman: 30 noyabr, 21:00 – 22:15

 

Park Bulvar ticarət mərkəzində ənənəvi "Rotary qış festivalı" xeyriyyə yarmarkası keçiriləcək.

Harada: Park Bulvar

Nə zaman: 30 noyabr, 10:00 – 23:00

 

Payızın sonu yəqin ki, ulduzları seyr etmək üçün tam uyğun vaxtdır. Şamaxıda yerləşən N. Tusi adına astrofizika rəsədxanasında "Kosmik düşərgə" keçiriləcək. İştirakçılar iki saat ərzində, 18:00-20:00 arası teleskop vasitəsilə ulduzları izləyə biləcəklər. Sadəcə səmanın aydın olacağına ümid etmək qalır.

 

Harada: toplanma Gənclik metrostansiyasının yaxınlığında

Nə zaman: 30 noyabr, 12:30 – 22:30 

 

"Ağıllı Bakı" layihəsinin ikinci proqramı başladı. Əgər uşağınız 7-14 yaşlarındadırsa, ona Aleksandr Fleminqin eksperimentini təkrarlamaq, Petrinin çaşkalarında mikroskopla bakteriyaların və kif göbələklərinin həyat və ölüm uğrunda necə mübarizə apardığını müşahidə etmək, öz əlləri ilə porşen mühərrikinin modelini toplamaq və polimerləri araşdırmaq maraqlı olacaq.

Harada: “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Nə zaman: 30 noyabr və 1 dekabr, 10:00 – 20:00

 

Qış nağılı bu həftə sonu başlayır! Bazar günü "Nargis" fondunun təşkilatçılığı ilə "Soyuq əllər, isti ürək" xeyriyyəçilik yarmarkası açılır. Bizi isti ətirli içkilər, ləziz qəlyanaltılar, müxtəlif təamlar, bəzək-düzəklər və yeni il əhvalı gözləyir! Ən əsası isə yaxşılıq etmək fürsəti var, çünki əldə olunan bütün gəlir uşaqların müalicəsinə xərclənəcək.

 

Harada: Fəvvarələr meydanı

Nə zaman: 1 dekabr

 

Bazar günü "Vinsent Van Qoq – Yeni baxış" filmi nümayiş olunacaq. Rəssamın ölümünün 125 illiyinə həsr olunmuş film Amsterdamdakı Van Qoq muzeyinin kuratorları ilə birlikdə hazırlanmışdır. Tamaşaçı Van Qoqun geniş mirasının kolleksiyasını izləyə biləcək və XIX əsrin rəssamlarının həyatına qərq olacaq.

Harada: Park Cinema Flame Towers

Nə zaman: 1 dekabr, 13:00