Cümə gecəsi Azərbaycan musiqisinin canlı incisi olan "Bayat-Şiraz" dinləyirik.
Harada: Beynəlxalq Muğam Mərkəzi
Nə zaman: 31 yanvar, 19:00
Uşaqlarınızı "Bədii rəsmlər" layihəsi çərçivəsində Tahir Salahovun işi ilə tanış etməyə tələsin. Gənc iştirakçılar həm böyük rəssamın yaradıcılığı barəsində çox şey öyrənəcək, həm də onun "Eyfel Qülləsi" əsərinin imitasiyasını yaradacaqlar.
Harada: Milli İncəsənət Muzeyi
Nə zaman: 31 yanvar, 11:00 – 15:00
Yerin çox hissəsi su ilə örtülmüşdür, ilk həyat məhz suda yaranıb. Uşaqlar üçün sualtı dünyanın kimya və fizikası haqqında daha çox məlumat əldə etmək, ikitaylı mollyusklarla tanış olmaq, yosunların quruluşunu və onların suyun altında həyata necə uyğunlaşdıqlarını öyrənmək, həmçinin kiçik su anbarının ekosistemini xilas etmək maraqlı olacaq. Bütün bunlar "Ağıllı Bakı" layihəsinin yeni elmi proqramı çərçivəsində keçiriləcək.
Harada: "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Nə zaman: 1, 2 fevral, 10:00 – 18:00
Baş rolda Benedikt Kamberbetçin oynadığı Londonun "Barbican" teatrının möhtəşəm quruluşunda üç saatlıq "Hamlet" tamaşası insanı valeh edir və tamaşaçını ilk dəqiqələrdən özünə cəlb edir. Eleqant Danimarka şahzadəsi süjet xəttinin gedişatına görə nəinki ağlını qaçırır, həm də səhnənin dərinliklərinə getdikcə daha da artan qaranlığa qərq olur.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 1 fevral, 10:00
Rejissor Devid Bikerstaffın quruluşunda "İeronim Bosxun möcüzəli dünyası" adlı bir saat yarım davam edən film-sərgisini izləyirik. Filmə 2016-cı ildə rəssamın doğma şəhəri Hertogenbosda keçirilmiş blokbaster sərgisinin materialları əsasında hazırlanmışdır. Bu sərginin hazırlanması səkkiz il sürüb! Görməyə dəyər.
Harada: Park Cinema Flame Towers
Nə zaman: 2 fevral, 13:00