"Hiperrealistik heykəl. Canlıdan seçilmir" ekspozisiyası artıq dünyanın yarısını gəzib. İnsan bədəninin yenidən qiymətləndirilməsi, proporsiyaların azad təfsiri, deformasiya – və eyni zamanda bütün detalları ilə prototipə bənzətmə. Görməyə dəyər!
Harada: Heydər Əliyev Mərkəzi
Nə vaxt: 29 noyabr 2018 – 10 mart 2019
Cümə axşamı Mixail Turetskinin başçılıq etdiyi "Soprano" unikal art-qrupunun konserti baş tutacaq.
Harada: Heydər Əliyev Mərkəzi
Nə vaxt: 30 noyabr, 20:00
Aleksandr Şarovskinin "Kraliçanın sonuncu ehtirası" tamaşasında hadisələr XVI əsrdə İngiltərədə cərəyan edir. Baş qəhrəman – I Yelizaveta.
Harada: Rus Dram Teatrı
Nə vaxt: 30 noyabr, 19:00
Cəlil Məmmədquluzadənin "Ölülər" adlı ölümsüz pyesi əsasında tamaşanı seyr edirik.
Harada: Azərbaycan Dövlət Akademik Dram Teatrı
Nə vaxt: 30 noyabr, 18:00
Bu həftə sonu Winter Bazar xeyriyyə yarmarkasında gözəl bəzək-düzəklər və yaxınlarınıza hədiyyələr ala bilərsiniz.
Harada: Landmark
Nə vaxt: 1-2 dekabr, 10:00 – 19:00
Nargis xeyriyyə fondunun təşkil etdiyi nağıl kimi "Soyuq əllər, isti ürək" yarmarkası artıq bu şənbə günü açılır! Burada sizi həmişə dadlı qoxular, səmimi təbəssümlər və yeni il ab-havası gözləyəcək!
Harada: Fəvvarələr meydanı
Nə vaxt: 1 dekabr – 6 yanvar
Bakıda rəqs və çerlidinq üzrə növbəti turnir keçiriləcək. Nəzərinizdə olsun!
Harada: Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzi
Nə vaxt: 2 dekabr, 9:00 – 22:00