15-16-17 fevral

14 fevralda Bakı fotoqrafiya evi açılır, burada iki ay ərzində İçərişəhərin həyatı və tarixi haqqında vizual hekayələrə həsr olunmuş «İçərişəhər» fotosərgisi keçiriləcək. Giriş pulsuzdur.

Harada: Böyük Qala

Nə zaman: 15.02.19 – 14.04.19

 

Bu cümə günü ölkəmizdə və xaricdə gənc istedadları kəşf edən «Qış» Beynəlxalq uşaq festivalı keçiriləcək. Biz isə Nargis jurnalının yeni sayını almaqla bilet qazana biləcəyinizi xatırladaq. Şansınızı qaçırmayın!

Harada: Heydər Əliyev adına Saray

    Nə zaman: 15 fevral, 19:00

 

Elçin Əfəndiyevin pyesi əsasında Azərbaycanın ilk aktyoru olan Hüseyn Ərəblinskinin həyatı və yaradıcılığı haqqında "Sənətkarın taleyi" adlı bədii tamaşanı seyr edirik.

Harada: Rus Dram Teatrı

Nə zaman: 15 fevral 19:00

 

Cümə günü axşam Fuad Axundov Germanaijan sərgisi çərçivəsində «Azərbaycan tarixinin alman səhifələri» leksiyasını məruzə edəcək. Giriş pulsuzdur, əvvəlcədən qeydiyyatdan keçməyi unutmayın.

Harada: Kirxa (Kapellhaus)

Harada: 15 fevral, 19:30

 

İki gün ərzində amerikalı dirijor Hobart Erlın rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında klassik musiqi dinləmək imkanımız olacaq.

Harada:  Azərbaycan Dövlət Akademik Filarmoniyası   

            Nə zaman: 15 fevral, 19:00                                

16 fevral, 20:30

 

Şənbə axşamı həm ruhumuz, həm də bədənimizlə «Jizel» baletini seyr edərək dincələcəyik.

Harada: Azərbaycan Dövlət akademik opera və balet teatrı  

Nə zaman: 16 fevral, 19:00

 

25 il ərzində ilk dəfə Rusiya müğənnisi, prodüser və bəstəkar Maksim Fadeyev yenidən solo konsertlər verir. O artıq Moskvada çıxış edib, bu şənbə isə artisti Bakıda qarşılayırıq. Qaçırmayın!

 

                                                                                                    

Harada: Bakı Konqres mərkəzi

Nə zaman: 16 fevral, 20:00

 

Balaca teatr həvəskarları dünya xalqları nağıllarının qəhrəmanlarını görə, aparıcılarla sual cavab oyunu oynaya, tamaşada iştirak edə və qəhrəmanların hansının «yaxşı», hansının «pis» olduğuna qərar verə biləcəklər.

 

Harada: Rus Dram teatrı

Nə zaman: 17 fevral, 12:00

 

Bazar günü Van Qoqun ölümündən 125 il ötməsi ilə bağlı çəkilmiş «Vinset Van Qoq – yeni baxış» filmini seyr etmək olacaq. Film-sərgi bizə tanınmış dahi fırça ustasının zəngin kolleksiyasını göstərəcək, dünyanın aparıcı sənətşünaslarının interpretasiyasını təqdim edəcək, həmçinin böyük rəssamın yaradıcılığının yeni araşdırmaları haqqında bəhs edəcək.

 

Harada: Park Cinema, Flame Towers

Nə zaman: 17 fevral, 13:00