17-18-19 yanvar

Çin Yeni ili ərəfəsində Azərbaycan Milli Xalça Muzeyinin Çin Xalq Respublikasının Səfirliyi ilə birlikdə təşkil etdiyi ustad dərslərini hələ də ziyarət etmək olar. 

 

Harada: Xalça Muzeyi 

Nə zaman: 17 yanvar, 14:00 – 16:00, makrame və təsviri sənət;

18 yanvar, 14:00 – 16:00, xəttatlıq, kağız kəsimi və Çin fənərlərinin hazırlanması

 

20 Yanvar hadisələrinin 30 illiyi ərəfəsində Vidadi Nərimanbəyovun, Böyükağa Mirzəzadənin, Sara Manafovanın və digər rəssamların əsərlərindən ibarət “Qanlı yaddaş” sərgisi keçiriləcək.

 

Harada: Azərbaycan Milli İncəsənət Muzeyi

Nə zaman: 17 yanvar, 16:00

 

Kinoteatrlarda Yuri Qriqoroviçin 2019-cu ildə quruluş verdiyi “Raymonda” baleti nümayiş olunacaq.

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 18 yanvar, 10:00

 

"Bir eksponatın tarixi" adlı silsiləvi maarifləndirici mühazirələr davam edir. Yeni ildə ilk görüş zoomorfik qulpu olan nadir bir səhəngin tarixinə həsr olunmuşdur, bu barədə isə Azərbaycan Milli Elmlər Akademiyasının arxeologiya və etnoqrafiya institutunun rəhbəri Qoşqar Qoşqarlı məlumat verəcək. Mühazirə Azərbaycan dilində keçiriləcək. Giriş sərbəstdir.

 

Harada: Xalça Muzeyi

Nə zaman: 18 yanvar, 14:00

 

Fil Qrabskinin yarım saatlıq "Renuar – naməlum rəssam" filmində rəssamın Pikassonun və Matissinin yaradıcılığına əhəmiyyətli dərəcədə təsir göstərən yaradıcılığı araşdırılır.

 

Harada: Park Cinema Flame Towers

Nə zaman: 19 yanvar, 13:00