Həftə sonunu Pedro Kalderonun eyni adlı lirik komediyası əsasında qoyulmuş "Sevgi ilə zarafat etmirlər" tamaşasını izləməklə başlamağa dəyər.
Harada: Rus Dram Teatrı
Nə zaman: 22 fevral, 19:00
Düz 5 gün ərzində "Xəzinə" sərgisində istedadlı Gəncə rəssamlarının əsərləri ilə tanış olmaq imkanı əldə edəcəyik.
Harada: Muzey Mərkəzi
Nə zaman: 20-25 fevral
“Best musical show” şousunda musiqi və rəqsin füsünkar ab-havasına qərq oluruq.
Harada: Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı
Nə zaman: 23 fevral, 19:00
Şənbə axşamını Fuad Axundovun "Tağıyev teatrından büllur saraya qədər" adlı məruzəsini dinləyərək xoş və mədəniyyət dolu keçiririk. Qonaqlar ilk müsəlman opera müğənnisi və şəhəri Şərq və Qərbə bölən ilk neft bumu dövründəki Bakının yaradıcı mühitinin digər görkəmli nümayəndələri haqqında öyrənəcəklər.
Harada: Kiçik QalArt
Nə zaman: 23 fevral, 17:00-18:30
Bu həftə uşaqlarınızı rəssam Toğrul Nərimanbəyovun yaradıcılığına həsr olunmuş iki master-klassla sevindirə bilərsiniz. Proqrama feys-art, tematik ekskursiyalar, kvestlər, kölgə teatrı daxildir.
Harada: İncəsənət Muzeyi
Nə zaman: həftə içi – 10:30-16:00, şənbə – 10:30-14:30
Əgər siz hələ də «Germanaijan. Azərbaycanda alman irsinin izləri və memarlığı» sərgisində olmamısınızsa, o zaman 28 fevrala qədər vaxtınız var. Giriş pulsuzdur.
Harada: Kapellhaus
Nə zaman: çərşənbə axşamı-şənbə, 13:00-19:00
"Düyməcik" tamaşası gənc tamaşaçılarımızın qəlbini mütləq fəth edəcək.
Harada: Rus Dram Teatrı
Nə zaman: 24 fevral, 12:00
Pablo Pikasso – bütün zamanların ən böyük qeyri-adi ispan rəssamı, kubizm janrının banisidir. Yəqin ki, hər kəs onun yaradıcılığı ilə tanışdır. Bəs onun sənəti haradan başlayır? Pikassonu var edən nədir? Bu sualların cavabını rejissor Fil Qrabskinin "Gənc Pikasso" filmində tapa bilərik.
Harada: Park Cinema, Flame Towers
Nə zaman: 24 fevral, 13:00