MAP beynəlxalq teatr festivalı sona çatır. Cümə günü Rus Dram Teatrında “Sardegna” İtalyan teatrının aktyorlarının ifasında "Maqbet" tamaşası nümayiş olunacaq. Şənbə günü Atelye Teatrının quruluşunda "MoskvaBoys" tamaşası nümayiş olunacaq, bazar günü isə “Puppet Cinema” İsrail kukla teatrının quruluşunda "Torpağın duzu" kukla tamaşasını və həmin axşam isə – Macarıstanın “Recirquel” teatrı tərəfindən canlandırılmış akrobatik tryuklarla dolu, valehedici "Paris gecələri" şousunu qaçırmayaq.
Nə zaman: 20 oktyabra qədər
"Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgi açılıb. Ekspozisiyaya XX əsrin əvvəllərindən II Dünya müharibəsinə qədər yaradılan Azərbaycan rəngkarlıq və qrafikasının bənzərsiz əsərləri daxil edilmişdir. Sərgidə həmçinin ötən əsrin ədəbiyyat nümunələri və sənədlərini də görmək olar.
Harada: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi
Nə zaman: 16 oktyabr - 10 aprel
Cümə günü İçərişəhərdə açıq hava altında Bakı Caz Festivalına start veriləcək. Həftə sonları hər axşam jam sessionlardan zövq almaq, gündüzləri isə müxtəlif ölkələrin caz musiqiçilərini dinləmək və caz haqqında filmləri seyr etmək mümkün olacaq.
Harada: Rotunda Jazz Club, Landmark.
Nə zaman: 18 oktyabr
Bu həftə sonu ikinci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək. Həm böyük, həm də uşaqlardan ibarət münsiflər heyəti seçim edəcək. Müsabiqədə 32 ölkədən qısametrajlı animasiya filmləri iştirak edir.
Harada: Azərbaycan Kinematoqrafçılar Birliyi
Nə zaman: 18-20 oktyabr, 10:00 – 22:00
Kəskin, ölümcül, incə naxışlı, qiymətli bir hədiyyə və isti qafqaz rəqsinin atributu olan Azərbaycan xəncəri Səbuhi Əhmədovun mühazirəsinin əsas qəhrəmanı olacaq. Giriş sərbəstdir, mühazirə Azərbaycan dilində keçiriləcək.
Harada: Azərbaycan Milli Xalça Muzeyi
Nə zaman: 19 oktyabr, 14:00
Moskva Müasir İncəsənət Teatrı Ruslan Bankovskinin quruluşunda hər kəsin sevdiyi "Anna Karenina" tamaşasını yenidən şəhərin sakinləri və qonaqlarına nümayiş etdirmək üçün Bakı şəhərini öz qastrol qrafikinə daxil edib.
Harada: Opera Studiyası
Nə zaman: 20 oktyabr, 20:00 – 22:00
YARAT təhsil layihəsi çərçivəsində psixologiya elmləri doktoru, lisenziyalı klinik psixoloqu, qeyri-kommersiya təşkilatı “Şüurlu özünəmərhəmət mərkəzi”nin qurucusu Stiven Hikman stres və narahatlıqları azaltmağı, sağlam vərdişlərə yiyələnməyi və çətin anlarda özünü qorumağı öyrədəcək. Mühazirəyə giriş pulsuzdur!
Harada: Bakı Dövlət Universiteti
Nə zaman: giriş mühazirəsi 20 oktyabr, 11:30;
Təlim 21-23 oktyabr, 10:30